Tərkibi: 1 kq kiçik, quruluşu bərk olan kartof 1 çay qaşığı zirə 2 orta soğan 200 ml bulyon (kubikdən hazırlana bilər) 100 ml sirkə (alma sirkəsi də ola bilər) 100 ml günəbaxan yağı və ya üzüm toxumu yağı 2 dəstə yaşıl soğan 5-6 nazik dilim tərkibində az yağ olan, hisə verilmiş bekon duz, istiot
Hazırlanması: Kartofu qabıqlı-qabıqlı zirə ilə birlikdə 25-30 dəqiqə suda bişirin. Soğanı kublara doğrayın. Kartofun qabığını soyun, dilim-dilim doğrayın, üstünə soğan səpin. Bulyonu sirkənın yarısı ilə birlikdə qaynadın, sonra isə onu qaynar-qaynar kartofların üzərinə tökün. Hər şeyə duz-istiot qatın, sonra ehtiyatla qarışdırın və 30 dəqiqə gözlədin. Kartofun üzərində olan bulyonun bir hissəsini boşalda bilərsiniz. Bekonu qızardın, xırda-xırda doğrayın və salata əlavə edin. Qalan sirkəni yağla çalın, doğranmış yaşıl soğanın yarısını əlavə edin və bütün bunları salatın üzərinə tökün. Süfrəyə verilmə: Süfrəyə verməzdən öncə salatın üzərinə yaşıl soğanın qalan hissəsini tökün.