Damla şokoladlı keks resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 8 533
Səs ver:
(səs: 2)
\Tərkibi:
3 yumurta
1,5 su stəkanı qədər un
1,5 su stəkanı qədər toz şəkər
Yarım su stəkanı zeytun yağı
Tələb olunduğu qədər damla şokolad (Təxminən yarım su stəkanı kifayətdir)
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:
Keksə başlamazdan əvvəl sobanı 170 dərəcəyə nizamlayın, bir tərəfdən isinməyə başlasın. O vaxt keksi etməyə başlayaq:

Şəkər və yumurta krem halına gələnə və yaxşıca köpüklənməyə qədər çalın.
Sonra zeytun yağını da əlavə edib 2 dəqiqə daha çırpın.
Seçmiş olduğunuz un, qabartma tozu və vanili da qarışığa əlavə edin.
İndi çalmağı qoyub bir spatula köməyi ilə bütün qarışığı yaxşıca qarışdırın.
Qarışdırma bitincə damla şokoladları əlavə edin. Təkrar qarışdırın, keksin içində bir yumaq əmələ gəlmə qalmasın.
Keks formanızı yağlayın, üzərinə un səpin. Qarışığı töküb, sobanın qapısını heç açmadan 30 dəqiqə fasiləsiz bişirin.
Diş çöpü və ya bıçaq köməyi ilə nəzarət edin, təmiz çıxırsa bişmiş deməkdir.

Xidmət Təklifi:
Keksi bişəndən sonra qəlibdən çıxarmaq üçün tortunun yaxşıca soyumasını gözləyin.
Keksin yanında şokolad sousu, karamel və ya dondurma xidmət edə bilərsiniz.
Keksi sobaya qoyduqdan sonra xüsusilə ilk 20 dəqiqə sobanın qapağı heç açılmamalıdır. Beləcə keks daha gözəl qabaracaq.
Keks formanızı marqarin yerinə kərə yağı ilə yağlarsanız tortun kərə yağının dadı daha da ləzzətli olacaq.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 8 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri