Qəhvə dənələri formasında kurabiyə resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 362
Səs ver:
(səs: 0)
Tərkibi:
1 su stəkanı un
60 qram kərə yağı
1 ədəd kiçik boy yumurta
1/2 su stəkanı şəkər kirşanı
2 yemək qaşığı kakao
2 yemək qaşığı türk qəhvəsi
1/2 paket vanil
1 çay qaşığı qabartma tozu

Hazırlanması:
Kərə yağı, şəkər və yumurta bir qaba alaraq qarışdırın.
Un, qabartma tozu və vanili seçərək qarışığa əlavə edin və yaxşı yoğurun. Kakao və qəhvə də əlavə edərək orta konsistensiyalı bir xəmir əldə edənə qədər yoğurmağa davam edin. Xəmiri qoz böyüklüyündə 20 bərabər parçaya ayırın və əlinizdə yuvarlayaraq oval şəkli verin.

Bişirmə kağızı sərdiyiniz boşqaba kökələri yerləşdirin və diş çöpü köməyilə ortalarına xəfifcə basdıraraq qəhvə çəyirdəyi şəkli verin. Kökələri əvvəldən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə bişirin və nuşcanlıqla yeyin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 362
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri