Kəsmikli bananlı tort resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 2 749
Səs ver:
(səs: 0)
Tərkib:
4 yumurta
350 qram şəkər
180 qram un
5 xörək q. kakao tozu
1 paket qabartma tozu
4 xörək q. qaynar su
250 qram kəsmik
15 qram jelatin
500 qram 33 %-li qaymaq
4 ədəd banan
100 qram tünd şokolad

Hazırlanması:
Biskviti hazırlamaq üçün 4 yumurta sarısını 4 xörək qaşığı qaynar su ilə çalın.
Hissə-hissə 180 qram şəkər əlavə edin.
Yumurtanın ağını ayrı qabda mikserlə bərk hal alanadək çalın və yumurtanın sarısına əlavə edin.
Qabartma və kakaonu una qatın və yumurtanın üstünə əlavə edib taxta qaşıq ilə qarışdırın.26 sm ölçülü dairə formasında soba qabına qida kağızı qoyun.
Əvvəlcədən 180dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Biskvit soyuduqdan sonra kənarları qalmaq şərti ilə içini quyu formasında ovun içindən çıxan biskviti bir qabaqoyun.
Kremi hazırlamaq üçün üzərinə ¼ su stəkanı su tökün.Bir bananı blendrlə əzin, üzərinə 160 qram şəkər, kəmik əlavə edin.
Qaymağı ayrı qabda mikserlə çalın.Qaymağı bananlı qarışığa əlavə edib üzərinə şişmiş jelatini tökün. Krem hazırdır.
2 xörək q. şəkərdən şərbət bişirin və biskvitin içinə tökünki, biskvit islansın.
3 bananı bütöv şəkildə xəmirin içinə qoyun.Üzərinə hazırladığınız kremi dağ formasında tökün. İçindəm ovduğunuz biskviti əllə ovub kremin üstünə səpin.
Bir neçə saat soyuducuda qaldıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 749
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri