Hazır peçenyelərdən ləziz tort resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 554
Səs ver:
(səs: 0)
Tərkibi:
1 paket kakaolu biskvit
1 paket toz krem şanti
1 su stəkanı soyuq süd
1 ədəd banan
1 ədəd kivi
2 yemək qaşığı damla şokolad

Sousu üçün;
4 yemək qaşığı toz şokolad sousu
1 su stəkanı süd
1 şirin qaşığı toz püstə

Hazırlanması:
Əvvəla, krem şantiyi hazırlamaqla başlayın. Kasanın içərisində südlə krem şantiyi qarışdırın. Konsistensiya alanda dərin bir qabın içərisinə köçürün.

Üzərinə biskvitləri sındırıb, banan və kivi əlavə edin. Bir dəfə qarışdırandan sonra damla şokoladı da əlavə edin. Xəmir kimi olana qədər qarışdırandan sonra ayrı bir kasanın içərisini streçləyin.

İçinə hazırladığınız qarışığı boşaldın, dondurucuda bir gecə saxladıqdan sonra servis edəcəyiniz zaman çıxardıb bir servis boşqabına alın.

Şokolad sousunu bir stəkan südlə davamlı qarışdıraraq bişirin və qaynamağa başladıqdan sonra 3 dəqiqə daha atəşdə qarışdırıb, altını bağlayın. Tam soyuyana qədər ara ara qarışdırıb, qabıq tutmasını əngəlləyin.

Tortun üstünə soyumuş olan şokolad sousu tökün, püstə ilə bəzəyərək xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 554
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri