Adele tortu

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 10 173
Səs ver:
(səs: 6)
Tərkibi:
* 6 yumurta
* 7 yemək qaşığı un
* 7 yemək qaşığı toz şəkər
* 1 çay qaşığı qabartma tozu

Krem üçün:
* Yarım su stəkanı un
* 2,5 su stəkanı süd
* 1 paket vanil
* 1 yemək qaşığı nişasta
* 1 yemək qaşığı marqarin
* Yarım su stəkanı toz şəkər
* 1 yemək qaşığı xaşxaş toxumu

Üzəri üçün:
* 500 qr çiyələk
* 1 su stəkanı su
* Yarım su stəkanı toz şəkər
* 2 yemək qaşığı nişasta
* 1 paket vanil

Hazırlanması:
Çiyələkləri mətbəx robotundan keçirərək püre halına gətirin. 4 yemək qaşığı qədər ayırıb qalanını sous qazanına alın. Nişastanı su ilə nazildib çiyələyə əlavə edin. Şəkər və vanili də əlavə edib orta qazda tündləşənə qədər bişirin. Baton keks qəlibinə streç film sərin və sousu doldurun. Dərin dondurucuda gözlədin. Keks üçün, yumurta ağı ilə şəkəri yaxşıca çırpın. Yumurta sarılarını tək-tək əlavə edin. Un və qabartma tozunu xırmanlayın və qarışığa ələyərək əlavə edin. Xəmiri yağlı kağızlı soba nimçəsinə köçürün və 185 dərəcə sobada bişirin. Soyumağa buraxın. Krem üçün, yağ xaric digər vəsaitləri qazana alın və orta atəşdə davamlı qarışdıraraq tündləşənə qədər bişirin. Qazdan götürüb yağı əlavə edin və mətbəx robotunda bir neçə dəqiqə çırpın. Keksi qəlibə uyğun ölçüdə kəsib çiyələkli qatın üzərinə yerləşdirin və ayırdığınız sousun yarısını qaşıqla keksin üzərinə yayın. Kremi üzərinə doldurub qalan sousu əlavə edin və təkrar bir qat keks ilə bağlayın. Bir gecə soyuducuda gözlətdikdən sonra qəlibdən çıxardın və istəyə görə üzərini bəzəyərək xidmət edin.

Nuş olsun!
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 10 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri