Şaftalı peçenyesi

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 6 431
Səs ver:
(səs: 7)
Tərkibi: (20 ədəd)
Xəmir: 
125 q marqarin 
2 x.q qatıq 
0,5 st şəkər tozu
1 yumurta
0,5 paket qabartma tozu
0,5 paket vanil 
Aldığı qədər un 
40 ədəd yarım qoz qabığı (20 qozun qabığını ikiyə ayırın)

Krem: 
250 q süd 
1 yumurta
1 st + 1 barmaq enində un 
0,5 st şəkər tozu
0,5 ç.q vanil
4,5 x.q marqarin 

Üzərinə: 
Qırmızı və sarı qida boyası
Şəkər tozu

Hazırlanması:
Krem: Vanil və marqarindən başqa, digər ərzaqları mikserdə çalın. Ocağın üstünə qoyun, qarışdıraraq sıyıq halına gələnədək bişirin. Ocaqdan götürün, vanil əlavə edin. İlıq olanda 4,5 x.q marqarini əlavə edib 10 dəqiqə çalın. 
Xəmir: Marqarin, qatıq, şəkər tozu, yumurta, qabartma tozu, vanil və aldığı qədər unu yoğurun. Üzərini yaş dəsmalla örtüb 10 dəqiqə saxlayın. 
Xəmirdən qoz boyda kündələr tutub bunları qoz qabıqlarının üstünə çəkin. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.
Bişmiş peçenyelərin içindən qoz qabıqlarını çıxarın. Peçenyelərin içinə krem doldurub cüt-cüt yapışdırın. Qida boyalarını çox az suyla qarışdırın. Peçenyeləri boyayın, şəkər tozuna batırın. 

Nuş olsun!
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 6 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri