Kokostar peçenye

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 3 414
Səs ver:
(səs: 1)
 
Ərzaqlar :
125 qr marqarin və ya kərəyağı 
1 armudu st. duru yağ
1 st. pudra şəkəri ( 1 x/q içlik üçün ayrılacaq) 
2 yumurta ( 1 yumurtanın ağı içlik üçün ayrılacaq)
2 x/q kakao
1 paket qabartma tozu
1 paket vanil
Apardığı qədər un 
1 st. hindqozu
1 paket 80 qr bitter şokolad

Hazırlanması

İçlik üçün, hind qozunu (kokosu) bir kasaya tökün. 1 1 tepeleme qaşıq pudra şəkəri əlavə edin.Sonra 1 yumurtanın ağını da qatın və qarışdırın.
Peçenye üçün; marqarini, duru yağı, pudra şəkərini və 1 yumurtanı və qalan yumurta sarısını bir əlinizlə bir az qarışdırın. Daha sonra kakaonu, qabartma tozu, vanili və unu az-az əlavə edərək ələ yapışmayan bir xəmir olana qədər yoğurun. Peçenye xəmirindən qoz boyda parçalar qoparıb ortasına içlikdən bir çay qaşığı qədər qoyub, yumrulayaraq bağlayın. Bu şəkildə digər peçenyeləri də hazırlayın. Əvvəldən isidilmiş sobada bişirin.
Bişən peçenyelərinizin soyuyub otaq istiliyinə gəlməsini gözləyin. Bundan sonrası sizin seçiminizə görə dəyişir. Mən bitter şokoladı benmari üsulu əridib, peçenyelərin üzərinə çəngəllə yüksəkdən gəzdirərək tökdüm. Siz istəsəniz peçenyelərin üstünü şokolada batıra bilər, və ya fərqli şəkildədə bəzəyə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 414
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri