Dondurmalı browni

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 3 237
Səs ver:
(səs: 1)
VəsaitlərDondurmalı browni
9 ədəd yumurta
600 qram şəkər
3 paket qabartma tozu
Yarım çay qaşığı duz
300 qram qoz içi
1,5 paket yağ
1 paket vanil
250 qram sütlü şokolad
1 şorba qaşığı sütlü kakao
Hazır kremşanti
Ala bildiyi qədər un  

Hazırlanması
Yağ ilə birlikdə südlü şokoladı qazana qoyun. Qazanı isti su dolu bir qabın üzərinə oturdaraq şokoladı və yağı əridin. Ayrı bir yerdə yumurtaları və şəkəri 10 dəqiqə çırpın. Üzərinə ərimiş şokolad və yağı əlavə edərək 5 dəqiqə daha çırpın. Un, duz, kakao və vanilin hamısını bir yerdə qarışdırın. Bunları mikserlə çırpdığınız qarışığın içinə əlavə edin və metal bir qaşıqla qarışdırın. Son olaraq qozu da əlavə etdikdən sonra keks qəlibinin içinə tökün. Keksi 125 dərəcəli sobada 70 dəqiqə bişirin. Bişdikdən sonra bir dilim kəsərək servis qabına alın və üzərinə kakao səpin. Keksin ətrafına kremşanti çəkin. Üzərinə bir top vanilli dondurma qoyun.

Nuş olsun

/Mənbə.Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 237
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri