Çiyələkli tort resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 8 167
Səs ver:
(səs: 3)
Tərkibi:
Biskvit üçün:

1 st un
6 ədəd yumurta
1 st şəkər
0,5 ç/q vanil

Bişmiş (zavarnoy) krem üçün:
1 stəkan süd
1 stəkan şəkər tozu
1 ədəd yumurta
1 x/q un
300 qr kərə yağı
vanil

Tortun bəzədilməsi üçün:
500 qr çiyələk
100 ml çiyələk mürəbbəsinin suyu
şanti krem (mağazalarda hazır və ya toz şəklində satılır)

Hazırlanması:
1. Biskvitin hazırlanması saytımızda mövcuddur.

2. Zavarnoy kremin hazırlayırıq.

3. Çiyələyin saplağları təmizlənir, yuyulur. Suyunun tam getməsi üçün süzgəcdə saxlanılır.

4. Biskvit ortadan bərabər hissəyə bölünür, hər iki tərərfinə mürəbbə suyundan fırça ilə vurulur.


5. Biskvitin hər iki tərəfinə krem vurulur vi bir tərərfinə çiyələk düzülür.


6. Biskvitin 2ci hissəsi üzərinə qoyulur və tortun üstünə, yan hissəsinə şanti krem vurulur.

7. Tort zövqə görə çiyələklə bəzədilir, 1 saat soyuducuda saxlandıqdan sonra yeyilə bilər.


Nuş olsun!
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 8 167
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri