Nağıl tortu resepti

Müəllif: NoName
Şərhlər: 13
Baxılıb: 3194
Paylaş:
Səs ver:
(səs: 3)
Tərkibi:
Xəmir üçün:
5 x.q. un
5 x.q. şəkər tozu
3 yumurta

Krem üçün:
170 q kərə yağı
90 q şəkər pudrası
70 q qatılaşdırılmış süd
kakao tozu
qida boyaları

Sirop üçün:
80 ml su
4 x.q. şəkər tozu
1 ç.q. ağ desert şərabı

Bəzək üçün:
bir ovuc sukat

Hazırlanması:
Əvvəlcə sobanı 180 dərəcə qızdırın. Düzbucaqlı sinini azca əridilmiş kərə yağıyla yaxşıca yağlayın, üzərinə un səpin. Unun artığını sinini üzüaşağı tutmaqla boşaldın.

Unu ələyin. Bir ləyənçədə yumurtaları şəkər tozu ilə mikserlə çalın. Şəkər tozu tam əriyincə və kütlənin həcmi təxminən 2,5 dəfə artınca çalın. Ehtiyatla unu əlavə edib tez qarışdırın.
Xəmiri hazırladığınız siniyə tökün. 30-35 dəqiqə, qızılı rəng alanadək bişirin. Bişən zaman sobanın ağzını açmayın, yoxsa biskvit yaprıxar. Hazır biskviti əvvəlcə sinidə soyudun, sonra çıxarıb çevrilmiş ələyin, yaxud dəmir şəbəkənin (adətən, sobanın içində olur) üzərinə qoyub quruması üçün bir gecə saxlayın.

Sirop üçün tavaya su və şəkər tozu tökün, qaynara düşənədək qarışdırın, şəkər əriməlidir. Hazır siropun ağzını örtüb soyudun, sonra şərab əlavə edib qarışdırın.

Qurumuş biskviti hər tərəfdən iti bıçaqla kəsib düzbucaqlı forma verin. Çox iti bıçaqla eninə üç korja bölün. Artıqları xırdalayın və tavada qızılı rəng alanadək qovurun.
Siropu biskvitə hopdurun.

Krem üçün mikserlə yağla şəkər pudrasını çalın. Qatılaşdırılmış süd əlavə edib yenə çalın. İki hissəyə bölün. Bir hissədən 2 x.q. ayırıb kənara qoyun. O biri hissəni kakao tozu ilə qarışdırın. Ayırdığınız 2 qaşıq kremi isə qida boyaları ilə qarışdırın: birini qırmızı, o birini yaşıl rənglə, beləliklə, 4 rəngdə krem alınacaq: ağ, qəhvəyi (şokoladlı), qırmızı və yaşıl.

Korjların arasına ağ krem çəkib üst-üstə yığın. Kənarlarına şokoladlı krem çəkin və qovurduğunuz biskvit qırıntılarını səpin. Ortasına zolaq-zolaq şokoladlı krem çəkin (bunun üçün xüsusi konditer şprisi ucluğundan istifadə edin), yaşıl kremlə yarpaq, qırmızı kremlə gül çəkin, ara-bərədə isə sukatları yerləşdirin. Vəssalam! Nağıl kimi tort hazırdır!

Nuş olsun!

loading...
(səs: 3)
Şərhlər: 13
Baxılıb: 3194
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
serab vurulmasa gozel olar
11 mart 2015 15:08
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
FISTIK
qeweng adi var
2 yanvar 2015 18:19
12
Offline
Wappuw
hmm dadli olar:-)
2 yanvar 2015 01:10
11
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
ʚɞღ..Sultanım..ღʚɞ
TESEKKUR RESEPTE GORE

TESEKKUR RESEPTE GORE
1 yanvar 2015 22:04
10
Burax bütün insanlar səni tanısın,
amma heç kim səni tam olaraq tanımasın.
İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.
Offline
meni_gozle
O gün atam elə bu tortdan almışdı dayım oluna pay qoyduq evlərinə gedəndə
1 yanvar 2015 19:23
9
Offline
ece uslu
gorunusu eladi
1 yanvar 2015 18:51
8
Offline
tatyana
en sevdiyim tortdu,amma magazadan alinmisi
1 yanvar 2015 17:44
7
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
emis
cox dadli gorunur tortlari sevirem
1 yanvar 2015 17:21
6
Offline
Aysel Tatli
yemiwem cox dadli olur
1 yanvar 2015 16:27
5
Offline
sona
Nagil tortunu sevmirem.
1 yanvar 2015 15:59
4
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
Fialka
Görünüşü qəşəngdi dadlı olar
1 yanvar 2015 14:37
3
Offline
Little girl
Gorunusce pis deyil.
1 yanvar 2015 14:05
2
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Offline
BARBI
Tortlari sevmirem
1 yanvar 2015 14:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv