Dadlı və faydalı düyü sıyığı resepti

Müəllif: Miss_Azerbaijan
Şərhlər: 20
Baxılıb: 4917
Paylaş:
Səs ver:
(səs: 2)
Düyü sıyığı ən faydalı sıyıqlardan biridir. Düyünün nadir faydalı xüsusiyyəti ondan ibarətdir ki, düyü çox gözəl absorbentdir.

Düyü orqanizmdə olan ziyanlı maddələri (şlaklar, toksinlər, ağır metalların düzları və s.) özünə hopdurur və orqanizmdən çıxardır.

Düyü müxtəlif vitaminlər (B qrupu, E, PP), mikroelementlər (fosfor, kalsium, kalium, maqnezium, sink, dəmir, selen), zülallar, mürəkkəb karbohidratlarla zəngindir.

Düyü ürək-damar sistemi, böyrəklər, oynaqlar üçün xeyirlidir. Kalsiumla zəngin olan düyü sıyığı uşaqlar üçün də çox faydalıdır.

İshal zamanı suda bişirilmiş düyü sıyığı çox yaxşı müalicəvi təsir edir. Belə sıyıq həm də bağırsaqları orada yığılan ziyanlı maddələrdən yaxşı təmizləyir.

Düyü sıyığı dietik qida sayılır. Bu səbəbdən arıqlamaq istəyən insanlar bu sıyığı öz qidalanmasına əlavə edə bilərlər. Təbii ki, bu halda sıyığa səkər tozu və kərə yağı çox az miqdarda əlavə olunmalıdır.

Lakin nəzərinizə çatdıraq ki, bütün bu faydalı xüsusiyyətlər yalnız təmizlənməmiş ağ düyü sortuna aiddir (biz bu düyünü "yumru düyü" kimi tanıyırıq). Qəhvəyi düyü də həmçinin çox faydalıdır. Uzun düyünün ("aş düyüsü") faydalı xüsusiyyətləri daha azdır. Bundan əlavə uzun düyünün qəbulu bəzi xəstəlikləri və pozulmaları olan insanlara tövsiyə edilmir.

Dadlı düyü sıyığı bişirmək istəyirsinizsə, divarları qalın qazandan (çuğundan və ya poladdan olan) istifadə edin.

Tərkibi:
- düyü - 1 stəkan,
- su - 1/2 l,
- süd - 1/2 l
- kərə yağı - 50 qr,
- duz,
- şəkər tozu - zövqə görə,
- darçın - 1 çimdik,
- üzüm - hər boşqab üçün 1 xörək qaşığı.

Hazırlanması:
1. Düyünü bir neçə dəfə yaxşı yuyun, 30 dəqiqə ərzində suda isladın və sonra yenə yaxşı yuyun.
2. Qazana 1 l soyuq su doldurun və suya düyü tökün.
3. Su qaynadıqdan sonra sıyığa duz əlavə edin, qazanın qapağını kip örtün və vam odda bişirin.
4. Su tam buxarlandıqdan sonra qazana isti süd əlavə edin və düyü tam hazır olana kimi bişirin.
5. Sıyıq hazır olana 1-2 dəqiqə qalmış şəkər tozu, kərə yağı və darçın əlavə edin və yaxşı qarışdırın.
6. Əvvəlcədən qaynar suda 30 dəqiqə ərzində isladılmış üzümü sudan çıxarın (suyu içə bilərsiniz), sıxın və hər boşqaba 1 xörək qaşığı olmaqla əlavə edin və qarışdırın.

Nuş olsun!

loading...
(səs: 2)
Şərhlər: 20
Baxılıb: 4917
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
xosuma gelmedi
11 mart 2015 15:34
20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ismayilova ulker
Çox xoşlayıram düyü sıyığını.
5 fevral 2015 23:24
19
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
CANAN
men bele seylere bayiliramm
26 yanvar 2015 23:25
18
Cananim
Offline
talis balasi
Xeyirlidi twk
15 yanvar 2015 19:29
17
Offline
ece uslu
menlik olmadi
15 yanvar 2015 01:28
16
Offline
FISTIK
xosduyuram menimde xoslamadigim hecne yoxdu yeni az sey xosdamiram amma cox seyi yeyirem23
14 yanvar 2015 19:32
15
Offline
Tomris Müslümova
menlik deyil
14 yanvar 2015 15:11
14

Sən sadəcə mənimsən...!
Offline
Wappuw
hmm dadli gorsenir
14 yanvar 2015 02:26
13
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
rəmsə
Nyam nyam lap canım çəkdi.Bu dəqiqə olsaydı yeyərdim
13 yanvar 2015 23:36
12
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Qlamurr
Düyü sıyığını xoşluyuram,əvvəllər mama bişirirdi....
13 yanvar 2015 22:12
11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Сладкий Ангел
dadli olar yeqin
13 yanvar 2015 18:57
10
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
Tomris Müslümova
yemey bisimey filan menlik deyilde
13 yanvar 2015 18:22
9

Sən sadəcə mənimsən...!
Offline
emis
duyunu ayrica cox sevirem
13 yanvar 2015 17:08
8
Offline
sona
Her gun olsa her gun yeyerem .
13 yanvar 2015 16:26
7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
AYKA-ISI
beyenmediyim yemekdi

beyenmediyim yemekdi
13 yanvar 2015 16:03
6
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Gulu-Qezi
YEYE BILMEREM
13 yanvar 2015 15:55
5
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
kespixo
Ogluma tez tez biwirirem.ele ozumde xowluyuram.faydalarinida bilirdim.ama darcin uzum elave etmirem
13 yanvar 2015 14:34
4
Offline
arzum-aysum
Duyu sevirem. Ancaq sud ve darcin hec yeye bilmerem
13 yanvar 2015 14:17
3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Fialka
hazirlamaq olar məndə yumru duyunu xosduyuram, uzun duyu her adama xeyir etmir insanda qebzlik yaradir.
13 yanvar 2015 14:14
2
Offline
BARBI
Hec sevmirem duyu siyigini
13 yanvar 2015 14:12
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv