Çiyələkli piroq resepti

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 30 408
Səs ver:
(səs: 9)
Tərkibi:
1,5 st. un
0,5 ç/q duz
1,5 ç/q qabartma tozu
1 çimdik vanil
6 x/q duzsuz kərə yağı (yumşaldılmış)
1 st. şəkər
1 limonun qabığı
0,5 limonun şirəsi
1 ədəd böyük yumurta
0,5 st. süd
450 qr çiyələk
 
Hazırlanması:
Un, duz, vanil və qabartma tozunu qarışdırın.
2 x/q şəkəri piroqun üzərinə səpmək üçün saxlayın. Yağı qalan şəkər tozu, rəndələnmiş limon qabığı və limonun suyu ilə qabarana qədər çalın. Yumurta və südü əlavə edib eynicinsli məhlul əmələ gələnə qədər çalmağı davam edin.
Unu yavaş - yavaş əlavə edərək çox da bərk olmayan xəmir yoğurun. Əgər xəmir bərk alınsa, 1-2 x/q süd əlavə edə bilərsiniz.
 
Sobanı 175 dərəcə qızdırın, piroq qabını (25sm) yağlayın və un səpin. Xəmiri bərabər miqdarda formaya yayın və üzərinə kəsilmiş çiyələkləri kəsik hissəsi aşağı olmaq şərti ilə düzün. Çiyələkləri bacardığınız qədər yaxın yaxın düzün. Əvvəlcədən ayırdığınız 2 x/q şəkər tozunu çiyələklərin üzərinə səpin.
 
10 dəqiqə sobanın orta gözündə bişirin. Sonra istiliyi 160 dərəcəyə endirin və hazır olana qədər bişirin.
 
P.S: bəzi sobalarda istilik yüksək, bəzilərində aşağı olur. Məsələn: anamın sobasında şirniyyatı 150 dərəcədə bişirirəm, öz sobamda 100-110 dərəcədə, çünki istiliyi çoxdu. Hər kəs öz sobasına uyğun qoysun dərəcəni.
 
Nuş olsun!
(səs: 9)
Şərhlər: 10
Baxılıb: 30 408
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri