Tərkibi:
Xəmir üçün:
1 Kq un,
2 Ədəd yumurta,
200 qr xama,
200 qr kərə yağı,
1 çay qaşığı quru maya,
lazım olarsa su
İçlik üçün:
500 qr Şəkər tozu,
500 qr kokos.
1 paket vanil
Şərbət üçün:
3 su stəkanı şəkər tozu,
2 su stəkanı su
Qatları yağlamaq üçün 400 qr kərə yağı.
Üzəri üçün:
2 Ədəd yumurta sarısı,
150 qr qoz ləpəsi
Hazırlanması:
Verilən məhsullardan xəmir yoğururuq, üzərini örtüb 1 saatlıq acımağa qoyuruq.Bu müddət ərzində içlik və şərbəti hazırlayırıq.Göstərilən şəkər tozunu kokosla və vanil ilə bir qabda qarışdırıb kənara qoyuruq. Şərbət üçün şəkər tozunu və suyu bir qaba alıb odun üzərinə qoyuruq, qaynadıqdan sonra 1-2 damcı limon sıxıb odun üzərindən götürürük. Xəmiri 12 kündə edirik lakin, 3 kündəni digərlərinə nisbətən böyük düzəldirik, 2 -si alt qatlar ücün, 1-i isə ən üst qata. Kündələri 7-8 dəqiqə gözlədirik, bu arada qatları yağlamaq üçün yağı əridirik. Listi yağlayırıq. Kündələri yayırıq ən alt qatı yağlayıb digər kündəni yayıb yağlayıb içliyimizdən əlavə edirik. Digər kündələri də bu qayda ilə hazırlayırıq.Ən üst qatı yerləşdirib paxlava formasında kəsib, üzərini zövqə görə badam, fındıq, qoz ləpələri ilə bəzəyib üzərinə yumurta sarısı çəkib sobaya qoyuruq. 30-35 dəqiqə ərzində bişir. Sobadan çıxarıb şərbəti üzərin gəzdiririk.