Dadı damaqda qalan desert resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 7 691
Səs ver:
(səs: 12)
Bu desertin özəlliyi ondadır ki, hazırlanmasında cəmi 3 ərzaqdan istifadə edilir.
 
Tərkibi:
3 ədəd yumurta
150 qram ağ şokolad
150 qram maskorpone pendiri
 
Hazırlanması:
Ağ şokoladı dilimləyib şüşə qabda qaynar su ilə dolu qazanın üstünə qoyun. Lakin qabın suya dəyməməsinə diqqət edin. Yumurtaların sarısını və ağını ayırıb ayrı-ayrı qablara tökün. Yumurtanın ağını mikserlə qatılaşana qədər çalın. Ağ şokolada pendir əlavə edib qaşıqla qarışdırın. Üzərinə  yumurta sarısını, sonra ağını əlavə edib asta-asta qarışdırın. Girdə və istiliyə dayanıqlı şüşə qaba yağlı kağız sərib hazırladığınız qarışığı ora tökün. Səthə çıxan qabarcıqların getməsi üçün qəlibi bir-iki dəfə mətbəx masasına vurun. Böyük soba sinisinə iki barmaq qalınlığında isti su töküb şüşə qəlibi onun içinə qoyun.
 
Deserti əvvəlcədən isidilmiş 170 dərəcə istilikdə olan sobada 15 dəqiqə, sonra 160 dərəcədə 15 dəqiqə bişirin. Axırda sobanı söndürün. Desertin öz temperaturunda daha 15 dəqiqə bişməyini gözləyin. Otaq temperaturunda tamamən soyudun. Qəlibindən çıxardıb üzərinə şəkər kirşanı səpib dilimləyin.
 
Nuş olsun!
(səs: 12)
Şərhlər: 10
Baxılıb: 7 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri