Tərkibi:
8 ədəd yumurtanın ağı
1 su stəkanı toz şəkər
Bir çimdik duz
1 xörək qaşığı limon suyu
4 xörək qaşığı un
4 xörək qaşığı buğda nişastası
1 paket vanil
Krem üçün:
1 qutu (200 ml) krem
1 paket (80 qram) ağ şokolad
250 qram çiyələk
2 ədəd yumurtanın ağı
1 su stəkanı pudra şəkəri
Bəzəmək üçün:
Çiyələk
Hazırlanması:
Keks
üçün yumurta ağlarını şüşə bir qabın içində, çırpma teli ilə yüngülcə
çırpın. Toz şəkər, duz və limon suyunu əlavə edib, təkrar çırpın. Şüşə
qabı qaynamış su dolu bir qazanın üzərinə oturdun və isti suyun
buxarında qabarıb, köpük olana qədər çırpma əməliyyatına davam edin.
Yaxşıca qabardıqdan sonra qabı buxardan götürün. Üzərinə un, nişasta və
vanili ələyərək əlavə edin. Qabarıqlığını söndürmədən yüngülcə bir neçə
dəfə qarışdırın. Daha sonra yağlı kağız sərilmiş keks qəlibinin içinə
boşaldın. Əvvəldən isidilmiş 175 dərəcə sobada qabarana qədər bişirin.
Bişdikdən sonra sobanın qapağını 5-10 dəqiqə açmayın. Keks ilıqlaşdıqdan
sonra, qəlibdən çıxarın və soyumağa qoyun.
Kremi
üçün kremi qaynama nöqtəsinə gələnə qədər istilədin. Ağ şokoladı
əlinizlə qıraraq birqaba qoyun və üzərinə kremi boşaldın. Qarışdıraraq
əriməsini təmin edin və soyumağa qoyun.
Digər
tərəfdən çiyələkləri yuyun və təmizləyin. Robotdan keçirib, püre halına
gətirin. Soyuyan şokoladlı krem qarışığını mikserlə çırparaq
qabarmasını təmin edin. Çiyələk püresini əlavə edin və qarışdırın. Dərin
bir qaba yumurta ağları ilə pudra şəkərini alın. Bu qabı qaynamış su
dolu bir qazanın üzərinə oturdun. İsti suyun buxarında çırpın və yaxşıca
qabarınca qabı qazanın üstündən götürüb, çırpmağa davam edin.
Soyuduqdan sonra çiyələkli kremin içinə qatıb, bütün vəsaiti belə bir
qarışdırın. Soyuyan keksi eninə üçə bölüb və hər qatın arasına çiyələkli
kremdən sürtün. Qalan krem ilə keksin hər tərəfini örtdükdən sonra,
çiyələklə bəzəyin və dilimləyərək servis edin.