Markiza tortu resepti

Müəllif: ALESSANDRA
Şərhlər: 18
Baxılıb: 2632
Paylaş:
Səs ver:
(səs: 6)
Tərkibi: 
şəkərli korjlar üçün:

300 q marqarin (yaxud kərə yağı)
3 yumurtanın sarısı
3 st. un
1 ç. q. qabartma tozu
100-150 q qoz
 
merengi qatı:
3 yumurtanın ağı
1 st. şəkər pudrası
1/2 ç.q. limon şirəsi 
 
krem:
1 banka (380 q) bişmiş qatılaşdırılmış süd
300 q kərə yağı
10 q vanilli şəkər tozu
 
bəzək:
qovrulmuş keşyu
50-100 q tünd şokolad
50-100 q ağ şokolad
1 x.q. bal
3 x.q. şəkər tozu
1/2 ç.q. duz

Hazırlanması:
Korjı Unu qabartma tozu ilə qarışdırıb soyuq, kubik doğranmış yağla əlinizlə ovun, yumurta sarılarını əlavə edib xəmir yoğurun. 3 yerə bölüb soyuducuda 3 saat saxlayın. 
Soyuducudan çıxarıb 15-20 dəqiqə otaq temperaturunda saxlayın. 
Üç perqament parçasına 22 sm diametrli dairə çəkin. Xəmiri əlinizlə həmin dairələrin içinə yayın. Bütün korjların üzərinə bərabər qaydada xırdalanmış qoz səpin. Azca üstündən basıb xəmirə yapışdırın. 
Merengi: Yumurta ağlarını şəkər pudrası və limon şirəsi ilə möhkəm çalın. 
Bir korjun üzərinə bezenin 1/3-ni çəkin, qalanını soyuducuya qoyun (və hər bir hissəni növbəti korju bişirərkən çıxarıb xəmirin üzərinə çəkin). 170 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə bişirin. Qızılı rəngə çalmalıdır. Bişmiş korju çıxarıb tam soyudun (ehtiyatlı olun, kövrək olur), sonra kağızdan aralayın. 
Krem: Bişmiş qatılaşdırılmış südü kərə yağı və vanilli şəkər tozu ilə çalın. 
Korjların arasına krem çəkməklə üst-üstə düzün, tortun kənarlarına və üstünə də krem çəkin. 
Ağ və tünd şokoladları xırdalayıb hərəsini ayrı-ayrı paketlərə qoyun, paketləri isə qaynar suya (paketlərin içinə su keçməsinə imkan verməyin). Şokolad əriyəndə paketin ucunu azacıq kəsin və tortun üzərinə aşağı-yuxarı eləməklə xaotik naxışlar çəkin - əvvəl tünd, sonra isə ağ şokoladla. 
Keşyunu qovurub tortun ortasına qoyun. 
Zövqə görə keşyunu dadlandırmaq da olar: bal, şəkər tozu və duzu qarışdırıb keşyunu bu qarışığa batırın, siniyə qoyub 170 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Sonra isə tortun üzərinə qoyun.

Nuş olsun!

loading...
(səs: 6)
Şərhlər: 18
Baxılıb: 2632
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Ne Senle Nede Sensiz
Asantdir beyendim.
8 mart 2016 19:33
18
Offline
BR
Superdi........
8 mart 2016 14:04
17
Offline
vipbetul
super tortdu dadli olar
7 mart 2016 12:45
16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fi-Ra
Yazşı reseptdi bəyəndim
7 mart 2016 00:13
15
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
Akkuw)
ela gorunur heart 08 super
6 mart 2016 22:27
14
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
Offline
ɢüмüş
Cox dadli gorunur, terkibini de beyendim. Sabah 8 marta gore tort bisirecekdim. Ele bunu bisirerem insAllah.
6 mart 2016 21:32
13
Offline
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
6 mart 2016 21:15
12
Offline
SENSİZ
Asan ressepti beyendim
6 mart 2016 20:55
11
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
Miss_Angel
cox gozel gorunur adam yemek isdeyir
6 mart 2016 19:35
10
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
Azəri_Ledi
mmm şəiildə əlaa gorunur.Tərkibidə sadədir.Mutləg hazırlayacam
6 mart 2016 19:34
9
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
Offline
qanadli melek
Hazirlamaq olar xosuma geldi
6 mart 2016 19:27
8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Fialka
Sitat: gulka azeri
kewyu nedir bilmedim


Hind fıstığıdır ağ rəngli, hər kəsin istifadə edə biləcəyi çərəz növüdür.
Resept elə də çətin deyil hazırlamaq olar, təşəkkür.
6 mart 2016 17:48
7
Offline
Glamurka Nemiska
ela gorunur lezzetli olar
6 mart 2016 17:44
6
#Narminintheskywithdiamonds
Offline
gulka azeri
dadli gorunur ,kewyu nedir bilmedim
6 mart 2016 17:40
5
Online
BARBI
Asan reseptdir. Evde hazirlamaga deyer
6 mart 2016 17:35
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
ulduz
Asand reseptdi. Dadlı görünür
6 mart 2016 17:21
3
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Totu
Qariwiq reseptdi beyenmedim
6 mart 2016 16:54
2
Offline
Leylas
Beyenmedim... Cunki margarin istifade etmirem... Cox garisig oldu ...
6 mart 2016 16:43
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv