Gilasli keks resepti

Şərhlər: 3
Baxılıb: 5 208
Səs ver:
(səs: 3)
Tərkibi:
2 yumurta
1 çay s.Toz şəkər
1 çay s. Süd
1 çay s.Duru yağ
1 çay s.Fındıq
1 pk. Vanil
1 pk. Qabartma tozu
4 şorba q.Un
1 limon qabığı rəndəsi

İslatmaq üçün:
1 su s.Süd

Üzəri üçün:
1 pk. Köpükləndirilmiş şəndi
Gilas

Hazırlanması:
Yumurtaları qarışdırma qabına alırıq. Şəkər tozunu tökürük və mikserlə yaxşıca köpüklənən qədər çalırıq. Duru yağı və sürü tökürük, çalmağa davam edirik. Limon qabığını rəndələyirik. İçinə toz fındığı, vanili, qabartma tozunu və unu qoyuruq. Qarışdırırıq və yağlanmış soba qabına tökürük.

Əvvəldən isidilmiş 175 dərəcəlik sobada 16 dəqiqə bişiririk. Keksi sobadan çıxarıb soyumağa qoyuruq. Keks soyuyanda üzərinə süd tökərək isladırıq. Krem şantiyi, şəndi torbasına diş-diş edilməli uc taxaraq doldururuq. 2 qaşığını keksin üzərinə qoyaraq spatula-la sürürük. Krem şantiyi kvadrat pəncərələr formasında sıxırıq İçlərinə bir dənə gilas ataraq xidmət edirik.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 5 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri