Yay tortu resepti

Şərhlər: 7
Baxılıb: 4 668
Səs ver:
(səs: 1)
Tərkibi:
300 qram biskvit (hazır da ala bilərsiz)
500 qram xama
1 stəan şəkər tozu
3 x.q. jelatin
çiyələk, kivi

Hazırlanması:
Xamanı şəkər tozu ilə qarışdırıb, yaxşıca çalın.

Jelatinin üzərinə 0,5 stəkan soyuq su töküb, 30 dəqiqə ərzində saxlayın. Sonra jelatini odun üzərinə qoyub, istilədin (qaynatmayın). Jelatinin üzərinə tədricən xamanı tökərək, qarışdırın. Biskviti xırdalayın.

Dərin boşqabın içinə yarı bölünmüş çiyələk və kivini yerləşdirib, üzərindən xırdalanmış biskviti qoyun. Sonra yenidən meyvələri düzüb, üzərindən biskbiti yerləşdirin. Sonra tortun üzərindən jelatınlə xama qarışığını töküb, 2 saat ərzində soyuducuda saxlayın. Sonra tortu soyuducudan çıxarıb, səliqəli formada boşqabda çevirirsiz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 668
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri