Vitraj peçenye

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 299
Səs ver:
(səs: 1)
Xəmiri üçün:
125 qram otaq istiliyində marqarin
1 ədəd yumurta
1 su stəkanı pudra şəkəri
2 su stəkanı buğda nişastası
1 paket vanilin (5 qram)
Yarım paket qabartma tozu
1 su stəkanı un

Üzərləri üçün: Cam şəkər

Hazırlanması:
Xəmirini hazırlamaq üçün lazımlı olan marqarin, yumurta və pudra şəkəri, yoğurma qabı içərisində əllə yaxşıca qarışdırılır.
Üzərinə nişasta, vanil, qabartma tozu və az-az un əlavə edilərək yaxşıca yoğrulur.
Yumşaq konsistensiyalı bir peçenye xəmiri əldə edilir.

Yoğrulan peçenye xəmiri düz bir zəmin üzərində oxloq köməyi ilə 1 sm. qalınlığında açılır.
Açılan xəmiri yumru peçenye qəlibi ilə kəsilir və ortalarına yumru bir qapaq köməyi ilə basdırılaraq formalaşdırılır.
Formalaşdırılan peçenyelər yağlı kağız seriyalı soba nimçəsinə düzülər və ortalarında yaranan boşluğa, iki ədəd kiçik şüşə şəkər qoyular.

Hazırlanan vitraj peçenye əvvəldən isidilmiş 175 ° sobada 15 dəqiqə bişirilir.
Sobadan alınan peçenyelər nimçə içərisində soyumağa buraxılar.
Yaxşıca soyuduqdan sonra xidmət qabına alınaraq xidmətə təqdim edilər.

Nuş Olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 299
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri