Küncütlü peçenya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 733
Səs ver:
(səs: 1)
Tərkibi:
125 qram yumşaq marqarin
1 yumurta sarısı (ağı üzəri üçün ayrılacaq)
5 yemək qaşığı şəkər tozu
1 paket qabartma tozu (10 qram)
1 paket vanil (5 qram)
2 su stəkanı un (istifadə su stəkanı ölçüsü: 200 ml.)

Üzəri üçün:
Yumurta ağı,
Qovrulmuş küncüt (qovrulmamiş küncütdə olar).

Hazırlanması:

Küncütlü peçenye xəmiri üçün lazımlı olan yumşaq marqarin, yumurta sarısı və şəkər tozu, dərin bir qab içərisində krem ​​konsistensiyasına gələnə qədər qarışdırılır.
Əldə edilən qarışığa vanil, qabartma tozu və az-az un əlavə edilərək yaxşıca yoğrulur.
Elə yapışmayan, yumşaq konsistensiyalı bir xəmir əldə edilir.

Yoğrulan peçenye xəmirindən qoz böyüklüyündə parçalar qopartılıb ovuc içərisində yuvarlanır və yüngülcə yasdılanır.
Peçenyelərin üzəri əvvəl yumurta ağına, sonra qovrulmuş küncütə batırılır.
Şekillendirilen küncütlü peçenye, yağlı kağızlı tavada düzülür.

Əvvəldən isidilmiş 180 ° peçdə üstü yüngül qızarana qədər bişirilir.
Peçdən alınan peçenyelər nimçə içərisində soyuduqdan sonra xidmətə təqdim edilə bilər.
Bu ölçülər ilə 20 ədəd peçenye əldə edilir.

Nuş Olsun !
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 6 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri