Dəb
dünyasının məşhur dizayneri Diana Fon Furstenberqin icadı olan aşırmalı
donlar ötən ilin tendensiyaları arasında xüsusi yer tuturdu.
Xatırlayırsınızsa, bir neçə il əvvəl aşırmalı ətəklərin mini modelləri
də dəb gündəmindən düşmək bilmirdi.
Dizaynerlər
hər kəsin zövqünə uyğun aşırmalı ətəklər təklif edir. Belə ki, siz
mağazalarda bu modelin həm dəri, həm zamşa, həm tivd parça, həm də digər
materiallarından tikilən versiyalarına rast gələ bilərsiniz. Üstəlik,
onların görünüşü də müxtəlifdir. Xüsusi qeyd etməliyik ki, aşırmalı
ətəklərin qələm modeli onlardan ən aktualıdır.
Bu
modellər eynilə qələm ətəklər kimi qadın seksuallığını önə çəkməyə
kömək edəcək, önündəki yarıq isə bu effekti ikiqat gücləndirəcək.
Bundan
başqa, ətəklərin qurşağındakı halqa şəklində toqqa da diqqəti cəlb
edir. Bu nəfis dekor ətəyin ümumi cazibəsinə əlavə xal qazandırır.
Qələm
ətəklərin rahat addım atmağa imkan vermədiyi üçün sağlamlığa zərərli
olduğu iddia olunur. Aşırmalı donların önündəki yarıq bu maneəni aradan
qaldırdığına görə xanımlar özlərini kifayət qədər rahat hiss edəcəklər.
Aşırmalı
qələm ətəklər işgüzar xanımların üslubuna daha yaxındır. Qırmızı, yaşıl
kimi rəngləri dəbdəbəli üst geyimləri ilə birləşdirərək axşam
tədbirlərinə də uyğunlaşdırmaq mümkündür. Bu üstünlüyünə görə aşırmalı
ətəklər universal geyimlər kateqoriyasına aid edilir.
Sözügedən
ətək modelini dikdaban ayaqqabı ilə cütləşdirmək ən ağıllı üsuldur. Bu
zaman aşırmalı ətəklərə layiq olduğu dəyəri vermiş olacaqsız.