Aşırmalı ətəklər bu ilin trendi olacaq

Müəllif: Fialka
Şərhlər: 1
Baxılıb: 7 753
Bölmə: Moda / Geyimlər
Səs ver:
(səs: 0)
Dəb dünyasının məşhur dizayneri Diana Fon Furstenberqin icadı olan aşırmalı donlar ötən ilin tendensiyaları arasında xüsusi yer tuturdu.  Xatırlayırsınızsa, bir neçə il əvvəl aşırmalı ətəklərin mini modelləri də dəb gündəmindən düşmək bilmirdi.
 
Dizaynerlər hər kəsin zövqünə uyğun aşırmalı ətəklər təklif edir. Belə ki, siz mağazalarda bu modelin həm dəri, həm zamşa, həm tivd parça, həm də digər materiallarından tikilən versiyalarına rast gələ bilərsiniz. Üstəlik, onların görünüşü də müxtəlifdir. Xüsusi qeyd etməliyik ki, aşırmalı ətəklərin qələm modeli onlardan ən aktualıdır.
 
Bu modellər eynilə qələm ətəklər kimi qadın seksuallığını önə çəkməyə kömək edəcək, önündəki yarıq isə bu effekti ikiqat gücləndirəcək.
 
Bundan başqa, ətəklərin qurşağındakı halqa şəklində toqqa da diqqəti cəlb edir. Bu nəfis dekor ətəyin ümumi cazibəsinə əlavə xal qazandırır.
 
Qələm ətəklərin rahat addım atmağa imkan vermədiyi üçün sağlamlığa zərərli olduğu iddia olunur. Aşırmalı donların önündəki yarıq bu maneəni aradan qaldırdığına görə xanımlar özlərini kifayət qədər rahat hiss edəcəklər.
 
Aşırmalı qələm ətəklər işgüzar xanımların üslubuna daha yaxındır. Qırmızı, yaşıl kimi rəngləri dəbdəbəli üst geyimləri ilə birləşdirərək axşam tədbirlərinə də uyğunlaşdırmaq mümkündür. Bu üstünlüyünə görə aşırmalı ətəklər universal geyimlər kateqoriyasına aid edilir.
 
Sözügedən ətək modelini dikdaban ayaqqabı ilə cütləşdirmək ən ağıllı üsuldur. Bu zaman aşırmalı ətəklərə layiq olduğu dəyəri vermiş olacaqsız.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7 753
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri