Açıq
köynəklər heç vaxt dəbdən düşməyən, bütün mövsümlərdə aktual olan
klassik geyimdir. Onunla istənilən geyim çox rahat sintez olunur, həm
də insanı yormur.
Ciddi
üslubun əsas elementi hesab olunan köynəkləri dizaynerlər indi qeyri-adi
formada təqdim etmək qərarına gəlib. Açıq rəngli, ön hissəsi düyməli
köynəkləri indi tərsinə geyinmək dəbdədir. Prinsipcə köynəyin hansı
formada olmasının ciddi fərqi yoxdur, əsas məsələ onun
qeyri-standartlığıdır.
Qeyri-adi
tərzdə biçilmiş köynəklər bu il ən orijinal trend olmağa iddialıdır.
Belə köynəklər, əslində, kişi qarderobuna aiddir. Onu kişi stilindən
uzaqlaşdırmağın ən yaxşı variantı aksessuarlara yönəltməkdir. Köynəyi
tərsinə geyinmək trendinə aid bir neçə nümunə təqdim edirik.