Cinsi əlaqəyə girməyin və orqazm hissini yaşamağın sağlamlıq baxımından çox faydalı olduğu məlumdur.
Alimlər xoşbəxt həyat üçün həftədə ən azı 4 dəfə sekslə məşğul olmağı məsləhət bilirlər.
Bəs orqazmın hansı faydaları hansılardır?
Yuxusuzluğa çarə
Gecələr rahat yata bilmirsiniz, yuxuya gedə bilmirsiniz? Bilməlisiniz
ki, orqazm zamanı bədəndə istehsal olunan oksitosin hormonu yuxu dərmanı
kimi təsir göstərir.
Ürək xəstəliyi riskini azaldır
Orqazm təzyiqin aşağı düşməsinə səbəb olur və ürək xəstəliklərinə
yaxalanma riskini azaldır. "British Medical Journal”-ında yayımlanan
araşdırmaya görə, həftədə iki dəfə sekslə məşğul olan kişilər, ayda bir
dəfə orqazm olan kişilərə nisbətən daha sağlam olurlar.
Arıqladır
Kalori yandırmanın ən yaxşı üsulu sekslə məşğul olmaqdır. 30 dəqiqəlik seks zamanı 100 kalori itirmək mümkündür.
Soyuqlamağa qarşı təsirlidir
Davamlı sekslə məşğul olan insanlarda A antijen adlı hormonun səviyyəsi
artır. Bu da bədənin müqavimətini artırır və immun sistemini
gücləndirir.
İnsana özünü sevməyi öyrədir
Həftədə 4 dəfə sekslə məşğul olan insanlar özlərinə daha çox güvənirlər.
Orqazm olmaq insanın həyata daha pozitiv yanaşmasına səbəb olur.
Normal seks həyatı olan qadınlar özlərinə daha çox hörmət edir və
güvənirlər.
Baş ağrısını aradan qaldırır
Zövq aldıqca daha çox istehsal olunan oksitosin hormonu insanın özünü
yaxşı hiss etməsinə və ağrı hissinin aradan qalxmasına səbəb olur.
Münasibətləri möhkəmləndirir
Yenə oksitosin hormonundan bəhs etməliyik. Bu hormon həm də insanların
bir-birinə bağlanmasını, öyrəşməsini asanlaşdırır. Ona görə də uzun
müddət cinsi əlaqəyə girməyən cütlüklər ayrılırlar.
Ömrü uzadır
Ekspertlərin sözlərinə görə, seks ömrü uzadan ən vacib amillərdən
biridir. Araşdırmalar göstərib ki, 50-60 yaşlı cütlüklərdən sekslə
məşğul olanlar, cinsi əlaqəyə girməyənlərə nisbətən daha uzun ömürlü
olurlar. Buna səbəb kimi seksin qan dövranını sürətləndirməsi, ürək və
damar sağlamlığında mühüm rol oynaması göstərilir.