Orqazmın 8 faydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 27 672
Səs ver:
(səs: 2)
Cinsi əlaqəyə girməyin və orqazm hissini yaşamağın sağlamlıq baxımından çox faydalı olduğu məlumdur.

Alimlər xoşbəxt  həyat üçün həftədə ən azı 4 dəfə sekslə məşğul olmağı məsləhət bilirlər.
 
Bəs orqazmın hansı faydaları hansılardır?

Yuxusuzluğa çarə
Gecələr rahat yata bilmirsiniz, yuxuya gedə bilmirsiniz? Bilməlisiniz ki, orqazm zamanı bədəndə istehsal olunan oksitosin hormonu yuxu dərmanı kimi təsir göstərir.

Ürək xəstəliyi riskini azaldır
Orqazm təzyiqin aşağı düşməsinə səbəb olur və ürək xəstəliklərinə yaxalanma riskini azaldır. "British Medical Journal”-ında yayımlanan araşdırmaya görə, həftədə iki dəfə sekslə məşğul olan kişilər,  ayda bir dəfə orqazm olan kişilərə nisbətən daha sağlam olurlar.

Arıqladır
Kalori yandırmanın ən yaxşı üsulu sekslə məşğul olmaqdır. 30 dəqiqəlik seks zamanı 100 kalori itirmək mümkündür.

Soyuqlamağa qarşı təsirlidir
Davamlı sekslə məşğul olan insanlarda A antijen adlı hormonun səviyyəsi artır. Bu da bədənin müqavimətini artırır və immun sistemini gücləndirir.

İnsana özünü sevməyi öyrədir
Həftədə 4 dəfə sekslə məşğul olan insanlar özlərinə daha çox güvənirlər. Orqazm olmaq insanın həyata daha pozitiv yanaşmasına səbəb olur.  Normal seks həyatı olan qadınlar özlərinə daha çox hörmət edir və güvənirlər.

Baş ağrısını aradan qaldırır
Zövq aldıqca daha çox istehsal olunan oksitosin hormonu insanın özünü yaxşı hiss etməsinə və ağrı hissinin aradan qalxmasına səbəb olur.

Münasibətləri möhkəmləndirir
Yenə oksitosin hormonundan bəhs etməliyik. Bu hormon həm də insanların bir-birinə bağlanmasını, öyrəşməsini asanlaşdırır. Ona görə də uzun müddət cinsi əlaqəyə girməyən  cütlüklər ayrılırlar.

Ömrü uzadır
Ekspertlərin sözlərinə görə, seks ömrü uzadan ən vacib amillərdən biridir. Araşdırmalar göstərib ki, 50-60 yaşlı cütlüklərdən sekslə məşğul olanlar, cinsi əlaqəyə girməyənlərə nisbətən daha uzun ömürlü olurlar. Buna səbəb kimi seksin qan dövranını sürətləndirməsi, ürək və damar sağlamlığında mühüm rol oynaması göstərilir.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 27 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri