"Məişətdə cəsur olan qadın, yataqda da cəsurdur"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 841
Səs ver:
(səs: 0)

 

Kişiləri dəli edən təbii hallarınız

Qadınlar min cür vasitə ilə sevdikləri kişilərin diqqətini cəlb etməyə çalışırlar. Ancaq bəzən özləri də bilmədən kişilər onlardan təsirlənirlər; onları cəlb edən təbiilikdir - təbii bir gülüş, əsəb, kədər...

Əziz qadınlar, görün sizin hansı təbii hərəkətiniz onları dəli edir:

Təbii dərinizin qoxusu

İstəyirsiniz, gündə on dəfə çimin, durmadan ətir vurun. Bircə unutmayın ki, kişilər sizin təbii dərinizin qoxusuna vurulurlar. Xəfif tər qoxusu ehtiraslı bir sevişmədə onu dəli edir. Çalışın əlavə vasitələrlə dərinizin təbii qoxusunu korlamayasınız.

Cəsarətiniz

İnsanların gözlərinin içinə baxmaqdan çəkinməyin, səhv olanda da fikrini deyən, özünü müdafiə edən qadınlar kişilərin sevimlisidir. Belə qadınlar kişilərin xatirələrində dərin izlər qoyurlar. Cəsur qadınlar utancaqlardan həmişə bir addım irəlidir. Çünki kişilərə görə, qadınlar məişətdə nə qədər cəsurdursa, yataqda da bir o qədər cəsurdurlar.

Yuxudan oyandığınız an

Kişilər təbii ki makiyajlı, baxımlı qadınları sevirlər, amma səhər oyanan vaxt təbii gözəlliyiniz onları daha çox cəzb edir. Makiyajsız, saf, uşaq kimi görürlər sizi. Ona görə də, çirkin görünmək qorxusuyla səhər ondan qabaq durub hamama qaçmaq lazım deyil...

Əsəbi halınız

Hirsləndiyiniz adam sevgiliniz deyilsə, kişilər bu halınızdan həzz alarlar. Əsəbiləşdiyiniz halda qulaqlarınızdan, burnunuzdan tüstü çıxa-çıxa danışmağınız kişiləri çox ehtiraslandırır.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 841
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri