Ailə həyatından nə gözləyirsiniz?

Müəllif: NoName
Şərhlər: 7
Baxılıb: 572
Paylaş:
Səs ver:
(səs: 1)
Dünyada başlayan və axirətdə davam edən xoşbəxt bir ailə həyatı qurmaq yəqin ki, hər kəsin arzusudur. Bir də elə ilk gündən sağlam təməllər üzərində qurulan isti bir yuva cəmiyyətdə sağlam fərdlərin yetişməsi deməkdir.
Evlənmək istəyən hər bir insan təbii ki, əvvəlcə öz beynində o ailənin planlarını qurur. Ancaq bu yolda atılan hər bir addım tərəddüdsüz də keçmir. Başqa sözlə, ümidlər artdıqca beyindəki suallar da artır.
Kimisi gələcək həyat yoldaşını ona dünya və axirət səadəti gətirəcək bir qüvvə kimi görür. Onların fikrincə yalnız belə ailələr cəmiyyətə faydalı fərdlər bəxş edə bilərlər. Kimisi də evlənmək arzusunda olsa da, ailədə tərəflər arasında qarşılıqlı anlaşmazlıqlardan ehtiyat edir. Onlara görə, əgər ailə üzvləri bir-birilərini başa düşməkdə çətinlik çəkirlərsə, bu ailənin taleyi də təhlükə altında qalır. Bəziləri isə ailəni iki dünyanın qovuşması kimi başa düşür. Onlara görə, iki müxtəlif dünya arasında ziddiyyət ehtimalı nə qədər yüksək olsa da, ailədə heç kim öz dünyasında tənha qalmamalıdır. Ailə həyatı qurarkən evlənmək istədiyiniz adamın tanış çevrədən olması da çox mühümdür. Çünki belə hallarda gözlənilməz sürprizlərlə qarşılaşmaq ehtimalı da azalır. Sosial-mədəni səviyyələri bir-birinə yaxın olan ailələr daha uzunömürlü olurlar. Çünki hər iki tərəf ailə həyatına o vaxta qədər qazandıqları vərdişlərlə başlayır.
Gələcək ailələrdə valideynlərin razılığı da əsasdır. Valideynlərin razılığı olmadan qurulan ailələrdə problemlərin olması da təbiidir. Digər tərəfdən, problemlərin qarşısını almaq üçün hər iki tərəf bir-birilərinin ailələri ilə öz ailəsi kimi davranmalıdır.

loading...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 572
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Allah her kese isdediyi kimi aile nesib etsin insalh esas xosbextlikdir

Allah her kese isdediyi kimi aile nesib etsin insalh esas xosbextlikdir
7 iyul 2016 16:59
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
heyatim_menim
ALLAH hər bir bəndəsinə xeyirli ailə nesib etsin insaALLAH
7 iyul 2016 13:14
6
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Offline
YalniZ-ArZu
Aile heyatimnan raziyam wukur.
Mence qizlar oz gozlentilerin abartiya yol vermeseler,gelecekde de xeyal qiriqligina ugramazlar.Heyatda hec ne,hec kim ideal deyil.Yollar her zaman dum duz,manesiz olmur.Eniwi var cixiwi var,teki bu yollarda budremeyek.
Sitat: Efsuw2016
Men yoldasimla axirete qeder xosbext olaram ama baldiZim orda da qaratikan kolu kimi aramizda olar deye cox qorxuram

Can-can...niye o baldiz meger qadin deyil?Ozunu sizin yerinize qoya bilmir?Xowu geler kimse onun ailesine burunun soxsa?Nifret eleyiremde bele araqariwdiran insanlara.
7 iyul 2016 13:03
5
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Gülüş.
yoldasimla cox mehribaniq bir birimizi basa dusuruk her cetinliyimizde bir birmize arxa oluruq. amma bu baldiz ve qaynana olmaya.
7 iyul 2016 12:59
4
Offline
yarpaq33
Her bir ailede xowbextliye mane olan bir problem mutleq vardir
7 iyul 2016 12:24
3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Online
Efsuw2016
Men yoldasimla axirete qeder xosbext olaram ama baldiZim orda da qaratikan kolu kimi aramizda olar deye cox qorxuram
7 iyul 2016 12:09
2
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Offline
Wirin Meleyim
Kimisi gələcək həyat yoldaşını ona dünya və axirət səadəti gətirəcək bir qüvvə kimi görür. 
7 iyul 2016 11:18
1
...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv