Yaxın qohumlarla (bibi, dayı, xala emi uşaqlarıyla ) ailə qurmaq olarmı?

Müəllif: Efsuw2016
Şərhlər: 12
Baxılıb: 2598
Paylaş:
Səs ver:
(səs: 1)
Yaxın qohumlarla, xala, bibi, dayı, əmi uşaqları ilə ailə həyatı qurmaq nə Azərbaycan qanunlarına görə ziddir, nə də dinin bu mövzuda qoyduğu qadağa vardır. Sadəcə məsələyə geniş aspektdən baxarsaq, niyə insanlar yaxın qohumlarla ailə həyatı qurmağı seçirlər? Bəzi insanların yaxın qohumla əlaqə qurmağında birinci səbəb, evlilikdən əvvəl olan problemləri daha asan həll edə bilmələridir. İstər nişanlılıq dövründə, istərsə də digər mövzularda yaxın qohumlar bir-birini anlaya bilər. Cehiz vermə məsələsində, oğlanın evinin olub-olmamasında insanların fikrinə görə, yaxın qohumlar daha anlayışlı ola bilərlər. Bəzən gənclər fikirləşirlər ki, qohumdan qız alaramsa, artıq onun keçmişini axtarmağa ehtiyac yoxdur. Gözümün qabağında böyüyüb deyə anlayış mövcuddur. Digər bir məsələ isə, gəlin-qaynana münasibətlərində yaxın qohumların daha anlayışlı olacağı düşünülür. Qaynana evinə gələn yaxın qohumu ilə daha rahat anlaşa bilir, gəlin isə qaynanasına daha rahat şəkildə ana-ata gözü ilə baxa bilirlər. İnsanların düşüncəsinə görə, gələcəkdə baş verə biləcək problemlərin azalmasına, boşanmaların azalmasına səbəb ola bilər. Burada mən insanların yaxın qohumlarla nə üçün evlənmək istəklərinin səbəbini söylədim. Amma, evlənməyin prinsipləri mövzusunu izləyərkən, yaxın qohumlar olmadan belə, ailə həyatı quraraq gözəl nəticələr əldə etmək mümkündür. Yaxın qohumlarla ailə həyatı qurmaq məsələsi hal-hazırda dünyada xoş qarşılanmayan məsələdir. Bunun səbəbi isə, yaxın qohumlarla ailə qurmaq tibbi cəhətdən daha şikəst uşaqların doğulmasına səbəb olur. Çünki, qohum evlilikləri genetik cəhətdən xəstəliklərin artmasına səbəb olur. Yaxın qohumlarla qurulan evliliklərdə şikəst və yarımçıq doğulan uşaqların sayı qohum olmayan evliliklərdən doğulan uşaqlara nisbətdə 2 qat çox olur. Amma, ailə həyatı qurmaq hər kəsin müstəqil fikridir. İnsanlar istər yaxın qohumlarla, istər uzaq insanlarla ailə həyatı qura bilər. Amma, məsələnin tibbi, bioloji, iqtisadi, ictimai tərəflərini nəzərə almaqda fayda var.

(səs: 1)
Şərhlər: 12
Baxılıb: 2598
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Meleknur
Qohumu ile evlenene bir wey demirem ne de mene ne oz fikirimi bildirecem. Qohum evliliyinden zehlem gedir sanki, Allah elememiw oz baci qardawinla evlenirsen. Qan qohumu olanda gelecekde fesadlar cixir uwaq olanda xeste falan olur menim bibim qizinin 2 uwagi 2 side xestedi yoldawimin da xalasi qizi xalasi ogluyla evlenib ilk uwagi yatalaq xesteliyidi Allah qorusun wefasin versin amma evlenerken boyukler ve ya cutluk bunu duwunmelidi
7 dekabr 2017 23:42
12
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Offline
deniz yildizi:)
Elede yaxwi baxmiram
7 dekabr 2017 20:59
11
Offline
Gultekin.A
Sevmirem qohum evliliyin.razi olmamisamda isteyen olanda
7 dekabr 2017 19:43
10
QADIN GÜL kimidir - Qoxlandiqca açar,sevildikcə gözəlləşər
Offline
Dilaycan
Qohum evliliklerinin əlehinəyəm..
Hec vaxt qohumdan qız alıb qohumada qız vermərəm..
Yad olanda arada pərdə olur qohum pərdə ,jalüz tanımır.
7 dekabr 2017 17:30
9
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)
Offline
Love-Girl
yarpaq33 tamamen fikirlerinize qatiliram. Mende qohumla evliyem ve bu durumumdan hec de xowbext deyilem. Ele yadlar var ki,milyon qohumnan yaxwi saxlayir gelinin.
7 dekabr 2017 15:17
8
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
AYCA
Sitat: yarpaq33
Kim deyirseki qohum evinde qizinin gunu xow kececek yanilir bu menim fikrimdi sebebide odurki yadlara sozunu deye bilirsen amma qohuma hec ne demek olur ele hey boyukler mane olurki kimese gore kecmelisen bele evliliyin bir nov qurbanida men sayiliram yoldawim yaxwi olsada ailesi cekilmezdi dozmekden sebirde qalmayib
Odurki qohum evliliyinin eleyhineyem oglanlarima hec vaxt qohumdan qiz almaram uzaq qohum olsa bele

Eynenn
7 dekabr 2017 14:24
7
Offline
yarpaq33
Kim deyirseki qohum evinde qizinin gunu xow kececek yanilir bu menim fikrimdi sebebide odurki yadlara sozunu deye bilirsen amma qohuma hec ne demek olur ele hey boyukler mane olurki kimese gore kecmelisen bele evliliyin bir nov qurbanida men sayiliram yoldawim yaxwi olsada ailesi cekilmezdi dozmekden sebirde qalmayib
Odurki qohum evliliyinin eleyhineyem oglanlarima hec vaxt qohumdan qiz almaram uzaq qohum olsa bele
7 dekabr 2017 14:14
6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Xəyallar limanı
Hər kəsin bir fikiri var mənimdə fikirim budurki mən təkcə əmi oğlu əmi qızı ilə evliliyə pis baxıram hətda həddindən artığ pis baxıram amma xala qızıdı bibi qızıdı bunlara isə elədə pis baxmıram
7 dekabr 2017 14:01
5
Offline
tatyana
Men pis baxmıram eksine terefineyem,başqa yad aileye düşüb ora adaptasya olana kimi,neler olur neleri öyrenmeli,nelere qatlanmalı,qohum tanıdıgı bildiyi olur)
7 dekabr 2017 13:53
4
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Antikvar
Müsəlman millətinə xas adətlərdi, başqa ölkələrdə belə adətlər yoxdu. Məsəl üçün ruslar dayı, bibi, xala oğlu və qızına ancaq (bacı, qardaşı deyərək itihab edirlər) Məktəbdədə uşaqlara bu tərz dərs verirlər. Amma bizdə isə tam əksinə. Bir ailə tanıyıram bibi oğlu day qızıdı uşaqlarının problemi varıydı harada aparsaydı uşağını həkimlər çarəsini tapa bilməzdilər, sonda həkim qohum olduqlarını bilib qanınıza görə uşaq belə dünyaya gəlib dedi. Bizim cəmiyyətimizdə hər nə qədər normal sayılsada mən yaxşı baxmıram. Məsəl üçün mənim Mamamda bu tərz düşünənlərdəndi qardaşımın qızı olub söz atır gələcəkdə qız balaca Oğluvundu, ən sinir etdiyim məsələdi hər dəfəsində də ağzına vururam yığışdır belə sözləri bacı qardaşdan ər arvad olmaqda nə demək. Zamanındada məni əmim oğluna sırımaq istəyirdilər bibilərim amma mamam razı olmayıb(indi nəvələrini qovuşdurmaq üçün çalışssada))) İnsan bir yerdə böyüdüyü qardaşına necə başqa gözlə baxa bilər?...
Yazıldığı kimi bəzən ailələr qohuma versəm qızım xoşbəxt olar düşüncəsini qurur, az görməmişik əksinə daha betər olurlar, bəzən boşanmalara qədər gəlib çıxıb, həm qohumlar dəyir bir birinə həmdə daha bir ailə dağılır. Xoşbəxtliyin qohumluğa dəxli yoxdu, başqa ailədədə xbəxt olmaq mümkündür, sadəcə getdiyin yeri düzgün seçim etməkdi. Qaldı ki, pis yaxşı baxmağıma öz baxış acımdan deyə bilərəm normal deyil,gedənlərində öz fikirləridi.
Təşəkkürlər mövzu üçün.
7 dekabr 2017 12:54
3
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Offline
Fialka
Qohum evliliyini heç vaxt qəbul etmir və doğrulamıram. İlk öncə ona görə ki, əmi, xala, dayı, bibi uşaqları bir növ qardaş və bacı sayılır buna görə qətiyyən düzgün hesab etmədiyim bir haldır. Sonrasında isə hamısında olmasa da çoxunda tibbi cəhətdən uyğunsuzluq olur yəni problemli övladın dünyaya gəlməsi qaçınılmazdır. Amma hər bir halda hər kəsin öz seçimi var əsası budur ki, sağlam bünövrə üçün lazımi tədbirləri görsünlər..
7 dekabr 2017 12:31
2
Offline
ayshen
Kimse oz yaxin qohumu ile aile qurursa, buna men heç ne deye bilmerem.. Her kesin oz seçimi var, neticede..
Ancaq şexsen men çox yaxin qohumla aile qurmagin terefdari deyilem ve dogruda bilmirem.. en onemlisi de tibbi cehetden..
Xeberde qeyd olunub anlayış meselesi..ki, yaxin qohumlar bir birini daha yaxsi anlayir.. amma men dusunurem ki, bu insanina gore deyisen bir şeydi.. yeni, ele insanlar var ki, (sahidi de olmusam) gelini yaxin qohumudu, yene de zulm verir..( ona gore de birinci novbede insan olmaq lazimdi, qohum oldu, yad oldu, ferq etmir.
Bir şeyi de qeyd edim ki, ele qohum evlilikleri var ki, saglam ovladlar dogulub.. meselen, menim qaynanamla qaynatam dayi qizi bibi ogludurlar..ama ovladlari saglamdi.. yeni, men yoldaşimda bir problem gormemişem)))
Amma yene de ekser qohum evliliklerinde problem olur..
Burda esas mesele qan uyuşmazligidir.. bezen yad insanlar da aile qurduqda bu qan uyusmazligi sebebinden problemler yaranir.. odur ki, aile qurarken tibbi muayineden kecmek mutleqdir.. ister qohum oldu, ister yad..

Movzu ucun teshekkurler
7 dekabr 2017 11:28
1

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri