Gəlin günahkardır, yoxsa qaynana?

Müəllif: NoName
Şərhlər: 19
Baxılıb: 1628
Paylaş:
Səs ver:
(səs: 0)
Cəmiyyətin ən mühum problemlərindən biri qaynana-gəlin problemidir. Bu gün gənc ailələrin əksəriyyəti qaynana-gəlin problemi yaşayır. Düzdür, mən də bir evin gəliniyəm. Amma çox şükür ki, belə bir problemlə üzləşməmişəm. Ümid edirəm ki, üzləşməyəcəyəm də. Demək istədiyim də budur ki, yazdıqlarım müşahidələrimin nəticəsidir.

Bu məsələ ictimaiyyət arasında həmişə müzakirə obyektinə çevrilib. Lakin adıçəkilən məsələdə hələ də ortaq bir məxrəcə gəlmək mümkün olmayıb. Gəlin günahkardır, yoxsa qaynana? Əslində burada bütün günahı nə gəlinin üzərinə atmaq olmaz, nə də qaynananın. İlk baxışdan belə görünür ki, gəlin yaxşı olsa, qaynana da yaxşı olar. Bəzən isə gəlin nə qədər yaxşı olsa da, qaynana öz bildiyini edir. Amma çox zaman isə deyirlər ki, qaynana ana olsa, gəlin də ona qız olar. Amma çox təəssüf ki, bu deyimlər heç də həmişə özünü doğrultmur.

Əslində, ilk baxışdan belə anlamaq olar ki, gəlin və qaynananın fikirləri tamam üst-üstə düşə bilməz. Fikir ayrılığı məsələsini gəlin nəinki qaynanası ilə, hətta öz anası ilə də yaşaya bilər. Necə olur ki, qız anası ilə mübahisə edir və sonradan həmin mübahisəni unudur. Amma qaynana ilə mübahisə düşdüsə, böyük bir qalmaqala çevrilir. Onu da anlamaq olar ki, gəlin və qaynana arasında  yaş fərqi var. Onların dünya görüşləri fərqli olur. Ona görə də bütün məsələlərdə həmfikir ola bilməzlər. Bu baxımdan da gəlin qaynanaya, qaynana isə gəlinə güzəştə getməyi bacarmalıdır. İlk növbədə qaynana evinə gətirdiyi gəlininə ögey münasibət bəsləməməlidir. Oğlunu sevdiyi kimi gəlinini də sevməlidir. Ən azından düşünməlidir ki, onun da qızı başqa bir evin gəlinidir. Əgər gəlininə nədəsə irad tutursa, onu yumşaq şəkildə ona başa salmalıdır. Məsələn, " Qızım, filan işi gələn dəfə belə etsən, daha yaxşı olar".  Kobud şəkildə deməməlidir. Kobud şəkildə deyilən hansısa bir ifadə gəlinin xətrinə dəyə bilər. Və gəlinin qaynanaya münasibətini dəyişə bilər. Bəzən gəlinlər deyirlər ki, qaynanam mənə qarşı kinayəli ifadə işlədir "Görürsən, oğlum,  arvadın sənə mənim kimi baxa bilmir".  Lakin bu cür ifadələr işlətməyin yeri yoxdur. Bəzən isə qaynana gəlininə "oğluma yaxşı bax" kimi ifadələr işlədir. Amma burada da qaynananı anlamaq olar ki, o anadır. Oğlunu çox istədiyindən deyir. Bəzən isə bu cür ifadələr də gəlinlərin xətrinə dəyir. Acıqlı şəkildə "Məgər, pis baxıram" kimi cavablar da verirlər. Lakin belə məsələlərin dərininə getmək  düzgün deyil. Hesab edirəm ki, ailədə qaynana-gəlin münasibətlərini oğul tənzimləməlidir. Mən deyərdim ki, bu problemin kökündə qısqanclıq dayanır. Ana oğlunun tam nəzarəti altında saxlamaq istəyir. Gəlin isə həyat yoldaşının bütün diqqətini öz üzərində hiss etmək istəyir. Məncə, bu münasibətlərin korlanmasında həm qaynana, həm də gəlin günahkardır. Bəzən elə gəlinlər var ki, ailədə qaynanaya hörmət etmir. Öz bildiyini edir. Bəzi oğlanlar həyat yoldaşının kaprizlərinə görə anasını atır. Və çox zaman isə ananın kaprizlərinə görə həyat yoldaşından ayrılır. Ona görə də münasibətləri oğul özü qaydasına salmalıdır. Oğul elə etməlidir ki, ailədə nə ananın rolu, nə də həyat yoldaşının rolu sarsılmasın.

Günel Mehdi

loading...
(səs: 0)
Şərhlər: 19
Baxılıb: 1628
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
baby baku
hər sey qaynananin oglundan yeni gelinin yoldasindan aslidir yeni oglan oz boyukluyunu elese gelin oz yerini biler qaynana da soz-sohbet yaratmaz.
5 iyun 2016 21:08
19
sevdiyimsen menimsen canim sevdiyim
Offline
vipbetul
qaynanalar bezen oqlu bolushmek isdemir yalniz onlaindi deyirler bax bundada gelinler doze bilmir bashliyir sozsohbet
10 mart 2015 16:30
18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Ay_El
men evli deyilem sunayam amma gelecekde bir qaynanam olsa onu anamdan ayirmaram cunki menim anam nenemi anasindan ayirmir
25 yanvar 2015 15:43
17
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sev ikinizi çox sevirem..Canım qızım həyatımıza xoş
gəldin.Ömrümüzə gəlişinlə sevinc
gətirdin.Sizi çox sevirem
Offline
uliçka
qaynanamı çox istəyirəm qarşılığlıdı... belədə düşünürəm ki mamaya heç bir zaman hörmətsizlik etmərəm əksinə gəlini yox qızı olacam! inşallah buna əminəm
25 yanvar 2015 04:42
16
Həyat kino kimidir,ən marağlı anında bitir
Offline
ece uslu
her iki teref arasinda qarwiliqli hormet olmalidi, ikisi de bir-birlerini guzeste getmeyi bacarmalidilar
25 yanvar 2015 01:34
15
Offline
Nergizz
bilmirem kim olur gunahkar,,ama uzr istyrem sozume gore,qaynana odu ya gelin,,heyasiznan bacarmaq qeyri mumkundu,
24 yanvar 2015 23:56
14
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
Qlamurr
Bu məsələni umumiləşdirmək lazım deyil,çünki bu münasibətin düsturu yoxdu ki,birdəfəlik həll olunsun,hər evdə fərqlidi,birində gəlin pis olur,digərində qaynana.Hər ikisi anlayış göstərsə,problem bu qədər böyüməz.
24 yanvar 2015 23:34
13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
arzum-aysum
Atalar nahaq yerə deməyib. Gelin gelen ev gerek Gelin ola. Ana baladi ki yene de arlarinda soz söhbət olur. Sadece qaynana gəlinin cox hereketini soz eliyir. Gelin de qaynananin cox sozunu goturmur

Atalar nahaq yerə deməyib. Gelin gelen ev gerek Gelin ola. Ana baladi ki yene de arlarinda soz söhbət olur. Sadece qaynana gəlinin cox hereketini soz eliyir. Gelin de qaynananin cox sozunu goturmur
24 yanvar 2015 22:40
12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
medine yusif
Elbette qaynana.qaynana agbircekdi boyukdu mudriklik olmalidi onda .her sozusoz edib boyutmemeli oglunun ovcuna qoymamalidi.yaxwi ana bipmelidi ki soz sohbet yaradanda bir ucuda ogluna deyir.eqoistlik etmemelidirler.gelinde gorse ki qaynana onu qiymetlendirir deyer verir her halda oda sadligina witlik etmez.
24 yanvar 2015 22:12
11
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
Offline
aziz a
Bu meseleni umumilesdirib qerar vermek duzgun deyil, cunki burada,sohbet konkret ayri ayri xaraktere malik olan insanlardan gedir, bunu tek felin qaynana adi ile cemiyyetle paulasmaq duzgun,deyil.
24 yanvar 2015 20:25
10
Rebbim kömek olsun cümlemize Amin
Offline
Tomris Müslümova
qaynana guzeste getmeli mueyyen meslerde gelin ise ozunu sevdirmeyi bacarmali ve getdiyi eve uygunlasmalidi..bu menim fikrim
24 yanvar 2015 19:39
9
Sən sadəcə mənimsən...!
Offline
Wiyinka
En yaxwisi ayri yawamagdi.Men wexsen qaynanyla eyni evde qala bilmerem.
24 yanvar 2015 19:38
8
Offline
Gulu-Qezi
ehh bezdim bu meseleden
24 yanvar 2015 19:35
7
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
BARBI
Iki terefde de gunah olmasa davalar yarannaz her seyi oturub qarsiliqli hell etmek lazimdir
24 yanvar 2015 19:33
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Luna-90
Eee bezdiye bu movzudan.Qaynana gunahkardi i vso....
24 yanvar 2015 19:27
5
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Сладкий Ангел
men hele bilmire ama diyesen qaynanamin basinda qoz sindoracam 122 cunki hec kimnen dolanan deyilem 122
24 yanvar 2015 19:17
4
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
sona
Bu sualin konkret cavabi yoxdu olada bilmez. İster qaynana olsun ister gelin insanin ozunnen aslidi. qarwiliqli bawa duwseler hormet etseler en esasi ucunnan tutub ucuzluguna kimi aparmasalar her wey yaxwi olar
24 yanvar 2015 18:38
3
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
Fialka
münasibətləri oğul özü qaydasına salmalıdır. Oğul elə etməlidir ki, ailədə nə ananın rolu, nə də həyat yoldaşının rolu sarsılmasın.
tam razıyam ...
24 yanvar 2015 18:03
2
Offline
Menim balam
Qaynana günahkardır)))))) günahı hara yığır bilmirem))))
24 yanvar 2015 18:03
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv