"Anasının quzusu oğullar" (Qaynanalı gəlinlər üçün)

Müəllif: Menim balam
Şərhlər: 6
Baxılıb: 2 909
Səs ver:
(səs: 1)
Başlıq səhv başa düşülməsin, "quzu oğullar " deyərkən hər şeyə "bəli" deyən səssiz, sakit kişilərdən deyil də, anasının hər vaxt kiçik oğulu olaraq qalacaq "kişilərdən" bəhs edirik.
"Anasının quzusu" təbiriylə tanıdığımız bu kişilər, anasından ayrılıb sizin təsiriniz altına girdiyində isə vay halınıza!
Qayınana problemi yalnız bizim cəmiyyətimizdəmi bu qədər mübahisə, müzakirə edilən bir mövzudur? 
Bilmirəm, amma təəssüf ki, bu mövzu hər vaxt aktuallığını qoruyur.
Bəs necə olur ki, oğul anaları oğullarını kimsəylə paylaşa bilmir?
Tamam, anladıq, sənin oğlun səninçin qiymətlidir, qayınana, bəs aldığın qız dəyərsizmi?
O kol dibindən çıxmadı hər halda...
Qayınanaların üç növü var.
Birincisi evlənməzdən əvvəl qarışmağa başlayanlar, ikincisi isə hiyləgərcə nişanlı gəlininə yaxınlaşıb, nikahdan sonra maskasını salanlar. Üçüncüsü isə xəyallardakı qayınana, gəlinini dəstəkləyən qayınana tipi ki, onlar nadir olan qiymətli daşlardan olduqlarından bu an mövzumuz xaricindədilər. 
İlk iki növdən isə hansı daha təhlükəlidir, bilə bilmərəm, amma bu qətidir ki, bir oğul anası oğlu neçə yaşına gəlirsə - gəlsin oğulunun əlaqələrinə qarışırsa, hələ də oğlunun həyatına müdaxilə edirsə, ortada qəti bir problem vardır.
Bu mövzunun dərinliklərinə varıb, mütəxəsislərə məsləhətləşərək, hadisənin tam olaraq haradan qaynaqlandığını öyrənməyi qərara aldıq.  
"Necə olur ki, bu oğul anaları oğullarını kimsəylə paylaşa bilmir?
"Bizimki kimi patriarxal mədəniyyətlərdə oğlan uşaq qiymətlidir. Bu səbəbdən qadın, oğlan uşaq doğduğunda gəlin və həyat yoldaşı kimi müsbət bir dəyər qazanır. Ana, oğlunun doğumuyla həyatına qatdığı bu dəyəri, oğlunun həyatına əlavə edərək sahiblənməyə davam etmək istəyir.
Bəli, belə bir problem var və oğul analarının haradasa hamısında bu kompleksin olması ehtimalı çox yüksəkdir.
"Oğlan uşaqlarının arzu obyektini anası olaraq xəyal etməsi", yəni atasını yox edərək anasına özünün sahib olması arzusu və hissi... Sağlam bir inkişaf baxımından, oğlanın bunu bacara bilməməsi lazımdır. Bəhs etdiyimiz yaşlar 4-7 yaş ətrafında olur. Bu qədər kiçik bir uşağın özünü dünyaya gətirmiş böyük bir qadının sevgilisi olması uşağa bir tərəfdən böyük bir güc verir, digər tərəfdən də müdhiş bir çatışmazlıq duyğusu hiss etdirir. 
Burada ana ilə atanın əlaqəsi sağlam və könüllü bir əlaqədirsə uşaq ananı ələ keçirə bilmir və öz yaşıdlarıyla birlikdə inkişafını sağlam olaraq tamamlayır. Ananın oğluna bir sahib kimi davranması və öz sözündən çıxmamaq üzrə yetişdirməsi oğulun həm yetkinləşməsi, həm də qarşı cinslə sağlam bir əlaqə yaratmasını mümkünsüzləşdirir. Öz həyat yoldaşıyla sağlam olmayan əlaqələri olan analar, romantik həzz və doyumu oğullarından aldıqları üçün oğlunu itirmə qorxusu ilə hərəkət edirlər".
Analıq haqqı deyə bir şey var! 
Oğul analarının bəziləri yerlərə, göylərə qoya bilmədikləri oğullarına heç cür uyğun bir həyat yoldaş bəyənə bilmirlər. Əslində istədikləri özlərinə rəqib olmayacaq, onların sözünü dinləyəcək bir qız tapmaqdır. Yoxsa davamlı oğluna gəlini pisləyib, yalnız özünün haqlı olmağı mübarizəsi ilə həyatını heç edəcək. Oğulu subaysa və yeni bir qızla tanış oldusa bu ananın işi çox çətinləşir. Çünki, birinci oğlunu ələ keçərən bu "düşməni" həzm etmək lazımdır, həzm edilməyəcək qədər ağıllı, karyera sahibi və ya da gözəl bir gəlini varsa işin ən çətin olanıdır. Ən güclü silahı olan "analıq haqqını" tək bir haqq olaraq görən bu ana, yalnız oğlunun əlaqəsinə deyil, eyni zamanda yaşadığı evdən yoldaşlarına qədər hər şeyə burnunu soxursa, bu anaya deyəcək bir söz tapmaq çətindir artıq. 

Çətin qayınanayla dil tapmaq üçün nələr etmək lazımdır? 
Cütlərin çox açıq bir əlaqəsi olmalıdır. Ünsiyyət problemi yaşamamalıdırlar. Yoxsa kişilər anası vasitəsilə həyat yoldaşını dəyərsizləşdirmək üzrə anasına həddindən artıq əhəmiyyət verməyə başlaya bilir. Çətin bir qayınana ilə yaxınlıq və məsafəni çox uyğun bir hörmət dili ilə qurmaq lazımdır. Əgər bir qadının sevgilisi, ya da həyat yoldaşıyla sağlam bir əlaqəsi varsa, qayınanası dərd olmayacaq. Nə olursa olsun "sənin anan belə" deyə günahlandırmalardan mütləq qaçmaq lazımdır. Qayınana ilə probleminizi mümkün olduğu qədər qarşılıqlı, həm də birə-bir həll etməli, üçüncü kəsləri əlaqəyə qoşub işi daha da çıxılmaz vəziyyətə gətirməməlisiniz. Ağır təhqirlər, fiziki və psixoloji təzyiq vəziyyətlərində özünü qorumaq üçün məsafəni uzatmaq və uzaq dayanmaq olduqca əhəmiyyətlidir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 909
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri