Eyni kişinin gözündə əhəmiyyətli olma istəyi qaynana və gəlinlər arasında bitməz tükənməz çəkişmələr yaşanmasına yol açır bəzən. Qısqançlıq və paxıllıq zaman zaman iki qadının bir-birlərini üzməsinə, bir-birinin xətrinə dəyməsinə və aralarında problemlər yaranmasına səbəb olur. Çox qaynanalar ərindən görmədiyi sevgini oğlundan istəyir. Bəzən qaynanalar üzündən bir-birlərinə uyğun cütlüklər arasında belə müəyyən söz-söhbətlər yaranır. Hətta çox təəssüfki, bəzən kişilərin öz xanımını döyməsi ilə də nəticələnir. Bəzi qaynanalarda keçmişdə özü acı çəkibsə gəlininn də acı çəkməsini istiyir. Problem yaradan qayınana düşüncələri : "Bu uşağı mən doğmuşam , Onun mənə həmişə ehtiyacı var. Onu qorumalıyam. Oğlumun məni unutmaması üçün yanında olmalıyam. Control məndə. Oğlumun evi mənim evimdir . " Amma əlbətdəki bütün problemləri yaradan heçdə qayınanalar deyil, əlbətdə gəlinlərində günahı olan hallar olur:) Problem yaradan gəlin düşüncələri : " Qaynanam hər mövzuda həyatımıza qarışır. Davamlı nə etməm lazım olduğunu söyləyir. Oğluna xidmətçi tutmuş kimi davranır. Sanki mənim tək işim oğlunu xoşbəxt etmək . Davamlı dediqodumu edir. Hər fürsətdə oğluna mənim haqqımda pis sözlər söyləyib şikayət edir . Oğlundan məni ayırmaq üçün əlindən gələni ardına qoymur.Her fürsətdə mənim səhvlərimi ortaya çıxarmaq üçün uğraşır.Mənə qarşı uşaqlarıma olmadıq şeylər izah edir . Əşyalarımı qarışdrmasından nifrət edirəm