Qaranlıqlarda Sənsiz Qaldım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 532
Səs ver:
(səs: 0)

alt

 

Varlığındaykən hər gecə axtardığın vaxtlarda, mən hələ sən axtararsan deyə səni gözlədim sənin ətrin olan künclərdə.
Səni gözləyərkən qaranlıqlarla əyləndim bir az, oyun oynadım bəzən.
Qovan təklik idi, mən isə sənə və varlığına qaçan oldum.
Həmişə yoxluğunda qaldım, bilmədiyim oyunlarda..
Gözyaşlarımı ovuc içlərimdə saxlayıb, səni gözlədim zamanın kor saatlarında.

 


Səni aparan tarixin ortasından bir qılınc kimi çaxdım.
Və hələ getdiyin gündə, hələ buraxdığın yerdəyəm.
Bir gün gələcəkmişsən kimi səni gözləyirəm səni gördüyüm otaqda.
Xatırlayarsanmı bilmirəm, səndən əvvəlki tərk edişlərimi yazdım sənə.
Ağrılarımı da qatıb eyni süfrədə paylaşmadıqmı səninlə?

 


Hüznün içində ümidsiz qaldığımda ''Bəs etmələr bizə görə deyil, qorxmaqda elə.
İndi tut əllərimdən. Gir ürəyimdən içəri belə hüznlü olduğun zamanlar.
Orada cənnətdən bir künc var sənin üçün. Quşlar, çiçəklər, kəpənəklər.
Orada bir az xoşbəxtlik doldur ürəyinə, dinclik doldur. Sığınacağın olsun ora, sığındığın.
İçində axan dərədə yuyun və qurtul bütün ağrılarından. Sətirlər gəlir dilimin ucuna.

 


Ürəyim isə hər sətrində səni axtarır.
Susub baxa-baxa qalıram səndən qalan tək xatirə bu sətirlərə.
Dinclik axtarıram gözlərindəki xoşbəxtlik ölkələrinin baharlarında.
Sığınacaq axtarıram təkliyin ayazlarından qaçıb ürəyimi istilədə biləcəyim.
Səni axtarıram, lakin ürəyimdə tapa bilmirəm.

 


Ruhum getdi deyərkən ürəyim qəbul etmir gedişini.
Ruhumla ürəyim arasında tək başıma qaldım.
Getdinmi, yoxsa gedən yalnız mövsümlər idimi bilməyirəm.
Bildiyim tək bir şey var.
Təkliyində yetim, qaranlıqlarda sənsiz qaldım!

 

 

Qaranl305;qlarda s601;nsiz qald305;m
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 532
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri