Kədər görmək istəyirsən?...Gözlərimə bax...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 488
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-02-06/1328517530-435.jpg

Kədər görmək istəyirsən?...Gözlərimə bax...
Dodaqlarımda söyləyə bilmədiyim sənə aid duyğuları,
Mənə hər fürsətdə buraxdığın yoxluğunun ağrısını görəcəksən...
O zaman anlayacaqsan üzümdəki kədərin mənasını...
Ayrı bitmiş güllərin bir-birinə həsrəti kimi,
Ümidlər, xəyallar qurudum sənsiz...
Və sən heç gözlərimə baxıb məni sevdiyini söyləyə bilmədin..
Hal bu ki sırf bu söz üçün qurduğum xəyallar idi məni həyatda tutan...
Bir boşluqdan içəri girdim hər gecə,
Sənli xülyalardan sənsiz qaranlıqlara süzülmüş kimi...
Səninlə sahil boyu dənizi heç fərq etmədən bir-birimizə baxıb gedə bilmədik..
Gözlərinin qarasında gələcəyə dair xəyallar qura bilmədən,
Ümid etdim gözlərini görə bilməyi..
Və mən o gözlərində yox olub itmək istəmişdim...
Kədər görmək istəyirsən?...Gözlərimə bax...
Yaşanmamış boşa keçən anların hüznlü şeirini oxu,
Kirpiklərindən sıyrılıb yanaqlarına düşən sətirlərimdə...
Mənsiz qaldığın o otaqda mənli xəyallar qurma artıq..
Səhərlərə salam verərkən "məni sevən bir şair var" deyib qürur duy yalnız..
Heç bilmə o şairin sənin üçün hər gün dəfələrlə öldüyünü..
Ölüb-dirildiyini bilmə o şairin...
Qəlbindəki çarıl-çarpaz yaraları,
Gözlərindəki kədəri də görmə...
Kədər görmək istəyirsən?...Gözlərimə bax...
Və yalnız onda anlayacaqsan ki...
Mənsiz bir həyatın mənasız günlərini yaşamaqdasan...
Mənim kimi...

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 488
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri