Bir şeyi unutmaq istəsən, onu çox xatırla.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 471
Paylaş:
Səs ver:
(səs: 0)
Bəzən, gülüşlərindən qorxduğun insanların toruna düşərsən. Nə dünən, nədə bu gün sənin üçün önəmli sayılmaz. Gördüyün və axtardığın nə varsa hamısını o kəsdə bilərsən. Hər şeyin ondan gəlməsini, ondan olmasını istərsən. Qorxaq sözü cəsarətlə əvəz olunmadığı an, sistemə daxil olduğunu anlarsan.

Bir şeyi unutmaq istəsən, onu çox xatırla.

- İnsanın ürəkdən gələn bir cümləsi olur həmişə "Mən həqiqətən yoruldum". Həqiqətən yorulduğunu, həqiqətdən sonra anlayarsan həmişə. Duyğular boş-boşuna bəstələnmir, şeirlər məhşurluq üçün yazılmır. Əsl şair yolunu azdıqda zaman durar. Bu gününü dünəndən ayıra bilməyən insanlardı çarəsiz, boş otaqlarda nəğmə dinləyənlər yox.

Bir şeyi unutmaq istəsən, onu çox xatırla.

- Hər kəs bir gün çıxıb gedər, günəşin işığına aldanma adam. Özündən başqa insanları düşən adam gördükdə, cəmiyyətə azda olsa qoşulmağım gəlir. Gərəksiz mentalitet uydurmalarından və "millət nə deyər?" deyə düşünən beyinlərdən iyrənirəm. Bir gün biraz yaşamaq istəsəm, elə o an yağış yağar. Nə vaxt xoşbəxt olmaq istəsəm, göydəkilər ağlar.

Bir şeyi unutmaq istəsən, onu çox xatırla.

- Ölümü düşünən insanları aciz bildilər, amma düşünmədilər ki, onlarda sizin kimi, varlı otaqlarda, seçilən badələrlə bir xalıqın şərəfinə vursaydılar, "insan" kimi yaşıya bilərdilər bəlkə.
- Bu lazımsız yaşam, insanı çox düşündürür adam.

Bir şeyi unutmaq istəsən, onu çox xatırla.

- Niyə?, harda?, nə zaman? adlı suallardı bizi sağa-sola fırladan.Çoxuna kimlərinsə xəyanəti yox, gülüşləri acı verir. Bir zaman sənə görə batan yanaqların, indi çuxurlarında göz yaşından ibarət şərab damcısı bürüyür ətrafını.

Bir şeyi unutmaq istəsən, onu çox xatırla.

- Çox zaman tərk etdiyim şəhərlərə bənzədirəm yaxınlarımı. Məndən uzaq, biraz soyuq, səmimiyyət daha əvvəlki kimi deyil.
Onlar dünənlərdə yaşıyan insanlar olsada, bu günlərdə tamam fərqlidir. Hər kəs sənin kimi deyil adam...

Bir şeyi unutmaq istəsən, onu çox xatırla.

- Unut hər şeyi, get deməsi gəlir adamın. Ruhumdan əlimi üzmüşəm, dostlarımda artıq dörd hərifdən ibarət olmağa başlayıb. Sən dörd hərifə çevrilmə,
- Adam...

Bir şeyi unutmaq istəsən, onu çox xatırla.

- Qəribə sonsuzluqdan qorxma, yüksək uçurumlar səni öldürməz. İnsanlar böyüdükcə yaşlanır, qorxduqca aşiq olurlar. Amma mən, hər zaman ölümün üzünə dik baxmışam. Nə zaman öləcəm deyə kədərlənməmişəm, əksinə, nədən bu yerlərdəyəm deyə üzülmüşəm. Boş ver adamım, onsuz hər kəs oxumaq istədiyi cümlələri seçib götürür. Kimin nəyinə lazım, ağrılı sətirlər?!

Bir şeyi unutmaq istəsən, onu çox xatırla.

- Hər kəs getsin, sən qal adamım.
- Bir mən, birdə biz...
"Bir şeyi unutmaq istəsən, onu çox xatırla. "


Bir şeyi unutmaq istəsən, onu çox xatırla.

loading...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 471
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
deniz yildizi:)
Maraqli oldu tewekkurler baci
20 sentyabr 2017 00:11
4
Offline
_ŞN_
tesekkurler canim beyendim ellerine sagliq
19 sentyabr 2017 23:47
3
Offline
Fialka
Unutmaq istəsən çox xatırlamağa da dəyməz bir iki xoş olmayan görüntü canlansa xəyalında məsələ hazır olar bitti gitti))
19 sentyabr 2017 20:55
2
Offline
BARBI
Unutmaq istesen cox xatirla
19 sentyabr 2017 18:35
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri