Xəyanətə uğrayan qadın necə davranmalıdır? – PSİXOLOQ YANAŞMASI

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 626
Səs ver:
(səs: 0)
Bu günlərdə sosial mediada və bəzi mətbuat orqanlarında bir qadının ərinin məşuqəsinin evinə basqın etdiyi barədə video yayıldı. Xəyanətə məruz qalan qadın evə basqın edərək, hadisəni anbaan kameraya çəkib. Məlum videodan belə məlum olurdu ki, basqına məruz qalan gənc qadın ilk anda nə baş verdiyini dərk edə bilmir. Lakin sonradan tərəflər arasında təhqir dolu dialoq yaşanır. Beləliklə, video sosial şəbəkələrdə yayımlandığı andan gündəm yarada bildi. Hətta Daxili İşlər Nazirliyi də məsələyə reaksiya verərək bildirdi ki, bu cür videoların mətbuatda, sosial şəbəkələrdə yayılması doğru deyil. Bu açıqlamadan sonra video bir çox xəbər saytlarından yığışdırıldı.

Hər bir halda, qadınların bu cür davranışı ikrah doğurur. Düzdür, belə vəziyyətlərdə emosiyaları idarə etmək çətindir. Amma maraqlıdır, normalda qadın bu cür situasiyada necə davranmalıdır?

Məlum məsələdir ki, dünyanın hər bir yerində qadınların əksəriyyəti müxtəlif formalarda kişilərin xəyanəti ilə üzləşir və reaksiyalar da müxtəlif cür olur. Müşahidələr onu göstərir ki, intellektual səviyyəli, özünə inamı olan qadınlar əsasən bu cür situasiyalarda daha təmkinli davranış nümayiş etdirməyə çalışır.

Qadınları ilk öncə bir sual maraqlandırır – kişilər niyə xəyanət edir? Amerikalı psixoloq M.Gray Neuman “Kişilər niyə xəyanət edir” mövzusunda 200 kişi üzərində araşdırma aparıb. Onun tədqiqatında iştirak edən kişilərin hamısı evli olub və hamısının da xanımına xəyanət etdiyi məlum olub. Onlar xəyanət etmə səbəblərini bu cür izah ediblər: “Tam yarısı psixoloji cəhətdən yoldaşı tərəfindən başa düşülməməsini səbəb göstərib. Kişilərin də diqqətə və qayğıya ehtiyacı olduğu halda qürurlu olması bu ehtiyacın görünməsinə əngəl olur və qadınlar kişilərdən diqqət tələb etməklə bərabər özləri onlara qarşı diqqətsiz qalırlar. Nəticədə isə kişi diqqəti başqa qadınlarda axtarmağa başlayır.

Digər səbəb isə intim problemi göstərilib. Tədqiqatlar göstərib ki, xəyanət edənlərin 68%-i nə vaxtsa həyat yoldaşına xəyanət edəcəyini ağlına da gətirməyib. Həmçinin araşdırmalara görə əksər hallarda xəyanət edən kişi xəyanət edərkən və ondan sonrakı dövrlərdə daima peşmanlıq duyğusu ilə yaşayır.

İngiltərədə aparılan tədqiqatdan isə məlum olub ki, evli kişilərin yüzdə 21-i həyat yoldaşına xəyanət edir. Bu göstərici vətəndaş nikahında yaşayan cütlüklərdə yüzdə 51-dir. Kişilərin 44 faizi qarşı cinsin cazibəsinə və gözəlliyinə heyran olduqları üçün xəyanət etdiyini bildirib.

Kanadada aparılan araşdırmada isə məlum olub ki, kişilərin 50 faizi xanımı tərəfindən romantik və hissi qarşılıq görmədiyindən, yüzdə 30-u yoldaşı ilə “dil tapa bilmədiyindən”, yüzdə 20-si isə xanımı ilə cinsi problemlər yaşadığından xəyanət edir.

Ümumiyyətlə isə psixoloqlar əksər hallarda kişilərin xəyanət etməsinin qadınlardan asılı olduğunu bildirir. Məsələn, qadın daha çox emosional, qısqanc, deyingən olmağa başladığı andan və yaxud öz görkəminə fikir vermədikdə, qarşı tərəfə öz sevgisini, qayğısını ötürmədikcə gec-tez xəyanətə uğrayırlar. Lakin heç də həmişə səbəbkar qadınlar olmur. Potensial olaraq kişilər uyğun zaman baş verdikdə xəyanətə meylli olur. Hətta belə bir iddia da var ki, kişi əgər ömür boyu bir qadınla kifayətlənirsə, ya onda anormallıq var, ya da ki, partnyorunun sadəcə bəxti gətirib.

Psixoloq Ramil Nəcəfli mövzu ilə bağlı aşağıdakıları dedi: “Xəyanət edən kişini mühakimə etməzdən əvvəl düzgün şəkildə təhlil aparmaq lazımdır. Çünki vəziyyəti düzgün analiz etdikdə səbəbi öyrəndikdə, hətta xəyanətin qarşısını almaq olur və gələcəkdə xəyanət baş vermir. Və yaxud əvvəlcədən xəyanətə hazırlıqlı olmaq lazımdır. Belə olan halda xəyanət hadisəsi qadın üçün sürpriz olmur, çətin depressiya yaşamır. Qadın müəyyən mənada vəziyyətin fərqində olur və bu zaman daha ağıllı, təmkinli davranış olur. Qadın bilsə ki, kişi niyə xəyanət edir, sonda özü üçün düzgün nəticə çıxarar.

Tez-tez şahidi oluruq ki, qadınlar “ərim mənə xəyanət edir” deyə yaxınlarına şikayət edir, psixoloq, parapsixoloq, falçı yanına gedir ki, əri bir daha ona xəyanət etməsin. Ümumiyyətlə, evli kişilər əsasən 4 səbəbdən xəyanət edir. Xəyanət əsasən sevməyib evləndikdə baş verir. Ola bilsin ki, kişi ailəcanlıdır, evin bütün problemlərinin öhdəsindən gəlir, amma xəyanət edir. Yəni əvvəldən sevgisizlik yaşayır, illər keçdikdən sonra həyatında yenilik etməyə çalışır və xanımına xəyanət edir. 2-ci səbəb isə başqadır. Bəzi kişilər sevib evlənib, hətta xanımı ilə bir müddət romantik günlər də yaşayıb, hər şey gözəl olub. Lakin 5-6 ildən sonra kişi arvadını sevsə də, ona yenə də hörmətlə yanaşsa da, xəyanət edir. Bunlar acgöz kişilərdir, yəni həyatlarında yeni qadınların olmasına meylli olur, daim həyəcan, adrenalin istəyir. Tez-tez şahidi oluruq ki, 35-40 yaşlarında olan evli kişilər həyəcan axtarışında olur. Çünki ailəsində həyəcan yoxdur, həyat yoldaşı ilə emosional çatışmazlıq yaşayır.

3-cü səbəb isə kişilərin bir çox hallarda öz həyat yoldaşından intim həzzi almamağı olur. Kişi evə çox bağlıdır, öz ailəsini sevir, hər şey qaydasındadır, lakin həyat yoldaşı ilə istədiyi performansı yaşaya bilmir. Lakin başqa qadınla istədiyi performansı yaşayır və xanımına xəyanət etməli olur.

4-cü səbəb isə sırf mənəvi məsələdir. Bəzən qadın kişidən daha çox qazanc əldə edir və yaxud kişidən daha ağıllı və bacarıqlıdır. Bu zaman kişi artıq həyat yoldaşının yanında özünü performanslı hiss edə bilmir, zəif olduğunu düşünür, özünə inamı azalır. Bu baxımdan kişini heç bir mənada aşağılamaq olmaz. Qadınlar bacardığı qədər kişiləri az tənqid etməli, onun bacardığı işləri tələb etməli, ona dəstək olmalıdır. Belə olmadıqda kişini özünə inamını artırmaq üçün hətta öz həyat yoldaşından zəif, heç də gözəl olmayan qadınla belə xəyanət edir. Çünki onun yanında özünü əsl kişi kimi hiss edə bilir, ona pənah aparır.

Beləliklə, qadınlar bu səbəbləri öyrənib, düzgün təhlil apardıqda xəyanətlə üzləşmir. Mütləq bu cür situasiyalarda təmkinli davranmalı səbəb və nəticələri araşdırmaq lazımdır”.

Bəs kişinin xəyanət etdiyini necə bilmək olar?

Psixoloqlar xəyanət edən kişinin davranışlarını bu cür izah edir:

Kişi bu zaman həyat yoldaşına qarşı daha çox diqqətli olmağa çalışır.

“Əgər nə vaxtsa sənə xəyanət etsəm, mənimlə necə davranarsan?” kimi suallar verməyə başlayır. Bununla da qarşı tərəfin onun sevgilisi ilə münasibətinin öyrəndikdə verəcəyi reaksiyanı bilməyə çalışır.

Səbəbsiz yerə tez-tez mübahisə etməyə başlayır.

Müxtəlif bəhanələrlə həyat yoldaşı ilə daha az zaman keçirməyə, daha az danışmağa başlayır. O, belə etməklə xəyanətini ört-basdır edə biləcəyini düşünür.

Özünü birdən-birə daha çox bəyənməyə başlayır, zamanının çoxunu güzgü qarşısında keçirir.

Artıq bütün tənqidləri səbirsizliklə qarşılayır.

Həyat yoldaşının görkəmi daha onu maraqlandırmır.

Birdən-birə dostlarına daha çox zaman ayırmağa başlayır.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 626
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
xeyanet eden insan ozunu blli edir hereketlerinde davranislarinda
13 iyul 2019 09:47
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BakılıQız
Ahh indi xeyanet ne qeder yayilib. Adilesir,get gede
12 iyul 2019 08:33
2
KeçmƏ NamərD KörpüsünnəN,QoY AparsıN SeL Sənİ
Offline
BARBI
Butun kisiler xeyanet eder.Xeyanet serefsizlerin isidir
11 iyul 2019 23:22
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri