DƏHŞƏT: Bakıda 45 yaşlı kişi dostunun 15 yaşlı qızını zorladı - FOTOLAR

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 5 585
Səs ver:
(səs: 1)

 

Bunu bilən qızın anası özünü yandırmaq istəyib


Bakının Suraxanı rayonu ərazisində 45 yaşlı kişi dostunun 15 yaşlı qızını zorlayıb. ANS PRESS-in məlumatına görə, hadisə oktyabrın 26-da baş verib.

Belə ki, C.Y. dalaşdığı üçün arvadı ilə qızını evdən qovub. Onun dostu 1959-cu il təvəllüdlü S.Ş. dostunun arvadı 1969-cu il təvəllüdlü A.Q.-nı və 15 yaşlı L.-ni Zığ qəsəbəsindəki evinə aparıb. Orada bir müddət qala biləcəklərini deyib. S.Ş. bu insanpərvərliyini sonradan çirkin niyyətlə əvəzləyib. O, bir gün evdə heç kimin olmamasından istifadə edib və azyaşlı qıza təcavüz edib. Bundan xəbər tutan A.Q. kişidən şikayət edib.

Bundan əsəbləşən S.Ş. onlar qalan evə gedib və orada onları evdən çıxartmaq istəyib. Evi dağıdıb. Bundan əsəbləşən A.Q. özünü yandırmaq istəyib.

Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hər iki tərəfin izahatı alınıb.

Hazırda fakt Suraxanı rayon Prokurorluğundan araşdırılır.

 

 

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 585
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri