Bu günün SƏBƏBKARI - canr

Müəllif: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 2 556
Səs ver:
(səs: 4)
Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın :zhappy%20birthday: canr -dı.... :zhappy%20birthday: buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın....
 
Bu günün SƏBƏBKARI - canr 
 

1.       Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

Aleykum salam canım bacım.Adım Afaqdı yəqinki, bəzi qızlar tanıyır.

 

2.       Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

17.11.1984-cü il

 

3.Bir yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü bu yaşda?

Bu gün çox kövrəlmişəm.Yaşım o qədər də çox olmasa yenə də düşünürəm ki, qocalmağa doğru gedirəm.

 

4. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Çox gözəldir ona görə ki,hər kəsin diqqəti  səndə olur.Yəni bir günlük də olsa diqqət mərkəzində olursan. Şahzadə  kimi.

 

5. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?

İnanırsan sən dedin yadıma düşdü.Heç vaxt soruşmamışam. Gərək mamadan soruşum.

 

6. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Hədiyyələrim çox olub.Amma yoldaşımın aldığı hədiyyə daha çox ürəyimə yatıb. Tək daş qızıl üzük almışdı.

 

7. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

 Hə  olub ki, bəyənməmişəm.Amma üzə  vurmamışam.Demişəm qəşəngdi.

 

8. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?

İmkansızlıqdan nişan üzüyümü satmışdım. Öz-özümə çox pis olurdum. Günlərin bir günü (yuxarıda da qeyd etdiyim kimi) yoldaşım mənə gözəl bir üzük hədiyyə etdi.

 

9. Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Hə heç unudaram?Bir gül buketi,bir də  qəşəng parfüm səbəti  bağlatdırmışdı.

 

10. Ailə həyatı qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün yadındadırmı?

Yadımdadı.Yoldaşım mənə  çox gözəl ad günü keçirmişdi

 

11. Ana üçün bu dünyada ən gözəl hədiyyə onun balaları ilə birgə keçirməsidir doğum gününü. Bilirəm ki, şirin şəkər iki balan var. Onların sənə ilk etdikləri doğum günü hədiyyəsi nə olmuşdur?

Şirinlərimin ilk hədiyyəsi gözəl bir rəsm idi. Özləri cızma qara edib çəkmişdilər. Amma bu mənim üçün ən gözəl hədiyyə olmuşdu.

 

12. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?

Yox heç  vaxt unutmayıblar sağ olsunlar

 

13. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Hə yoldaşım edib.Restorana apardı və gözəl bir ad günü keçirdik.

 

14. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

Hə  maraqlı ad günü ediblər.Bütün dostlarım yığışıb gəlmişdilər (uşaq vaxtı).

 

15. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Yox heç kim unutmayıb.Unutsalar çox pis olaram

 

16. Bilirəm ki, bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək necədi? Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün olur.

Hə heç xoşlamıram öz ad günümdə işləməyi.Sağ  olsun mama çox işimə əl atır.

 

17. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin ikinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

Yox bu üçüncü doğum günümdü gözəl saytımızda. Amma birinci də  təzə idim deyə heç kəslə əlaqəm yox idi.  Ona görə də məni təbrik edən olmamışdı.

 

18. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Hər kəsin təbriki mənə  əzizdir.Lakin ilk təbriki təbii ki, canım bacım səndən gözləyirem.(yəni uman yerdən )

 

19. Bu yaşına qədər keçirdiyin doğum günlərində səni çox adam təbrik edib yəqin ki.Bəs o təbriklərin içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı hansı olub?

Ən maraqlı ailəmin təbrikləri,sürprizləri olub

20. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

Tanrımdan istəyirəmki,yaxınlarımı,əzizlərimi,gözəl ailəmi mənə ,məni də  onlara çox görməsin.Hər zaman köməyimiz olsun, bizi heç kimə möhtac etməsin. Amin.

 

Canım bacım doğum günümü unutmadığın üçün sənə sonsuz təşəkkür edirəm. Məni çox sevindirdin. Allah hər bir zaman köməyin olsun.

  

 
Mənim canım Afaqım, doğum gününü təbrik edirəm... Allahdan diləyim ailən və sevdiklərinlə bütün ömrün boyu şad və firavan bir həyat yaşayasan... Allah o gül balalarının gözəl və xoşbəxt günlərini görməyi nəsib etsin sənə... sağlam və xoşbəxt yaşayasan bu həyatı inşallah... amin... öpürəm çoxluuuuuuuuuuuuuu....
 

(səs: 4)
Şərhlər: 13
Baxılıb: 2 556
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri