Bu günün SƏBƏBKARI - krisa

Müəllif: arzum-aysum
Şərhlər: 24
Baxılıb: 3 029
Səs ver:
(səs: 3)

Salam gözəllər.... naaaamııı-diyar ,,SƏBƏBKAR,, layihəmin yeni bölümü ilə qarşınızdayam... yəqin hər biriniz maraqla oxuyursunuz ki, bu günün SƏBƏBKARI kimdi... sözü çox uzatmadan, sizi dağa daşa salmadan deyirəm.... bu günün səbəbkarı saytımızın :zhappy%20birthday: krisa-dı.... :zhappy%20birthday: buyurun bacımızın doğum günü ilə bağlı maraqlı məlumatları oxuyun və öz təbriklərinizi bacımıza çatdırın.... 

 

 

Bu günün SƏBƏBKARI - krisa 

 

1. Salam canım.Əvvəlcə özünü təqdim elə qızlar da bu günkü Səbəbkarın kim olduğunu bilsin.

Mən Azayeva Sabina Saday qızı

 

2. Bu gün səbəbkar sən olduğuna görə doğum günün bəllidi. Bəs sirr deyilsə, doğum tarixin nə vaxtdı?

1985-ci il 21 Fevral.

  

3.Bir yaşıni geridə qoyub yeni yaşına qədəm qoyursan bu gün. Necə hiss edirsən özünü bu yaşda?

Özümü həm sevincli, həm də kədərli hiss edirəm.

 

4. İl ərzində olan 365 gündən birinin səbəbkarı olmaq necə duyğudur?

Gözəl duyğu idi, 5il bundan əvvəl, amma indi yaşın üstünə yaş  gəldikcə, adam nə isə bir başqa olur.

 

5. Bu günə qədər çox hədiyyələr almısan yəqin ki. Mənə maraqlıdır ki, evdəkilərin danışdıqlarından, sənə söylədiklərindən bir yaşında sənə nə hədiyyə olunduğunu bilirsənmi?

Deməli rəhmətlik babam mənə gəlincik alıb, papam ağ rəngli , ətəyi qırmızı rəngli ,naxışlı yun don və qırmızı rəngli batinka alıb. Həmin geyimdə şəklim də  var.

 

6. Bəs bu günə qədər aldığın ən gözəl hədiyyə nə olub?

Bu günə  qədər bütün hədiyyələrim gözəl olub. çünki sevdiyim insanların mənə  hədiyyələri olub. Ona görə ayıra bilmirəm.

 

7. Elə olubmu ki, sənə edilən hədiyyəni bəyənməyəsən?

Yox olmayıb, çünki adi bir açıqca olurdu hədiyyə(atkritka) onun da üzərində sevimli aktyor, aktrisa, müğənnlərimizin rəsmləri olurdu, arxasında da ürəkdən gələn sözlər. Bax bu hədiyyəni niyə də bəyənməyəsən.

 

8. Hədiyyə ilə bağlı bir sual da verim. Olubmu ki, ürəyində hansısa bir şeyin sənə hədiyyə olunmasını istəyəsən, ancaq dilinə gətirməyəsən. Və doğum günündə o hədiyyə sənə verilə?

Uşaq vaxtı olub istəmişəm, dilimə də gətirməmişəm, amma hədiyyə olunmayıb həmin hədiyyə. Həmin hədiyyə bir də  15-17 ildən sonra mənə  qardaşım tərəfindən hədiyyə olunub.

 

9. Sevdiyinin sənə aldığı ilk hədiyyəni xatırlayırsanmı?

Bəli xatırlayıram, öz boyunbağısını mənə hədiyyə etmişdi.

 

10. Ailə həyatı qurduqdan sonra sevdiyinlə keçirdiyin ilk doğum günün yadındadırmı?

Ailə qurduqdan sonra ilk ad günümü yoldaşımsız qeyd etmişdim. O məndən öncə Rusiyaya gəldiyi üçün. Bir həftədən sonra mən Rusiyaya getdim, orada ikimiz qeyd etdik və onda o, oz boyunbağını mənə hədiyyə etdi.

  

11. Hər bir insan doğum günü yaxınlaşdıqca ağlında planlar qurur, necə keçirəcəyini xəyal edir. Heç nə vaxtsa doğum gününü unudublar?


Bəli unudublar, nişanlı olanda. Nişanlım, qaynanam, baldızım.

 

12. Bəs heç gözləmədiyin bir doğum günü süprizi ediblər sənə?

Bəli elə yoldaşım tərəfindən. 28 Yaşımda. Deməli əvvəlcədən mənə bütün yeməkləri hazirlatdırıb, mən də elə bilmişəm ki, evdə olacaq ad günüm. Nə isə hər şey hazırdır, artıq istəyirəm özüm də hazırlaşam, bir də görürəm yoldaşımdan zəng gəlir, hazırlaş bizi filan yerə qonaq cağırıblar, mütləq ora getməliyik. Sənin ad günün səhərə qaldı. Nə isə mən də hazırlaşdım. Yoldaşım məni gəlib götürdü evdən, gördüm bu başqa yerə maşını sürür, dedim biz hara gedirik, dedi filan yerə, sənə demədim? Deməli evin açarın da qardaşına verib, o da gəlib evdən mən hazırladığım yeməkləri götürüb , aparıb kafeyə. Nə başınızı ağradım, gətirib məni düşürdü kafenin qarşısında, dedi bu da sürpriz.

 

13. Bu yaşına qədər səni çox xoşbəxt edən, daha çox yadında qalan bir doğum günü partisi ediblər sənə?

Bəli yoldaşım edib, 28 yaşım tamam olanda.

 

14. Ən çox sevdiyin biri nə vaxtsa doğum gününü unudub?

Nişanlı olanda, nişanlım.

 

16. Bilirəm ki, bu gün doğum günün olsa da çoxlu işləyəcəksən. Doğum günündə işləmək necədi? Axı necə də olmasa doğum günümdür deyə insan bir az ərköyün olur.

çox pisdir doğum günündə işləmək. Adamın heç nəyə həvəsi olmur. Bişir-düşür, yu-yığ, qonaqlar gələndə də, halsız otur.

 

17. Bildiyim qədəri ilə bu qadinlar. biz-lilərlə keçirdiyin birinci doğum günündür. Bu il doğum gününü saytımızda keçirmək sənə hansı hissləri yaşadır?

əslində ikinci ildir artıq, doğma saytımızdayam. Amma birinci dəfədir ki, doğum günümü bilmisiniz. Çox  gözəl hisslər yaradır, bəlkə də ən maraqlı hədiyyə olacaq bu mənim üçün.

 

18. Saytda ilk təbriki kimdən və ya kimlərdən almaq istərdin?

Təbii ki, kim məni virtual olsa da tanıyır, yəqin ki, onların təbriklərin görsəm çox şad olaram.

 

19. Bu yaşına qədər keçirdiyin doğum günlərində səni çox adam təbrik edib yəqin ki.Bəs o təbriklərin içində sənə təəccüblü gələni, maraqlı, süpriz olanı hansı olub?

Olmayıb elə təəccüblü , maraqlı sürpriz.

 

20. Bu yeni yaşından gözlədiklərin və Tanrıdan istəsiklərin?

Bu yaşımdan Tanrımdan ilk öncə can sağlığı və ana olmağı istəyirəm. Sənə də ay Türkan bacım, çox sağ ol deyirəm, bu hissi mənə yaşatdırdığın üçün. çox  sağ ol, bu mənim üçün ən dəyərli  hədiyyələr sırasına daxil oldu. Təşəkkürlər.

 

 

Canım mənim, doğum günün mübarək!... dilərəm Tanrıdan, bu yeni yaşında sənə şipppp şirin, gözəl bir bəbiş verər və gələn il quçağından yerə düşməyib səni ad günündə işləməyə qoymaz... amin...

 


(səs: 3)
Şərhlər: 24
Baxılıb: 3 029
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri