Qadınla.Com'luların ən sevdiyi ev işləri (4. hissə)

Müəllif: Onun_Mələyi
Şərhlər: 13
Baxılıb: 2 478
Səs ver:
(səs: 0)
Salam canlar:03:Artıq layihəmin 4"cü bölümüdür:cak:
4'cü bülümümüzün qonaqları canım mamam YalnıZ-ArZu və Xalaqızı Üzel..dir:ponpon:
Hazırsızsa başlayaq oxumaəa canlarımın ən sevdiyi işləri hansıymış:124::supur::hizmetci:

Qadınla.Com'luların ən sevdiyi ev işləri (4. hissə)


Üzel...


- Əvvəla bütün Qadınla.Com əhlini salamlayıram :14: Sonra isə Onun_Mələyi,yəni Fidana təşəkkür etmək istəyirəm.Bizim üçün yorulmadan maraqlı layiəhlər hazırlayır,bizi o layihələrə dəvət edir və böyük səbrlə qatılmağımızı gözləyir:08:.Fidan mən əgər sənin yerində olsaydım 1 dəfə gördüm ki,qatılmırlar heç layihə təşkil etməzdim :ihi: Nə isə..Mövzudan kənara çıxmayım.Bu dəfədə düşünüb-taşınıb maraqlı layihə hazırlamısan.Çox sevdim mən bu layihəni :08: . İndi isə keçək sevdiyim ev işlərinə :hmmm: .
Sevdiyim ev işləri barmaqla sayılacaq qədərdir.Əslində evdə elədə qoymurlar iş görüm.Amma tətil olanda mən- :intihar: )) Canım çıxır.) Sevdiyim ev işləri arasında 1ci yeri paltar ütüləmək tutur.:08: Amma paltar ütüləməyimdə 1 saat çəir :ihi: 1 iş görəndə zövq ala-ala edirəm də mən :ihi: Ona görə də yavaş-yavaş ütüləyirəm :utu: Bir də gördüm deyirlər "ay qız noldu 1 paltarı da ütüləyib qurtara bilməyibsən?" :09: Görürsüzdə hələ mən bunlar üçün paltar ütüləyirəm,amma onlar məndən narazıdırlar :trip: :hh: ( :122: ) Sonraa pəncərə silməyi sevirəm.Aşağı mərtəbələri yox haa,yuxarı mərtəbələrin pəncərələri :08: Mən yüksəklikdən 1 azcık qorxsamda,amma yenədə baxmaq mənə zövq verir.Həm də mənim belə 1 xasiyyətim var ki,(özüdə mənim otağımda) pəncərədə 1 dənə ləkə olsa dayana bilmrəm.Mütləq təmizləməliyəm :08: Həmdə qoy qonşular görüb desinlər ki,"gör nə gözəl pəncərə təmizləyir.Gör necə də işini təmiz görür" fln :ihi: :122: Sonraa :hmmm: Birdə süpürgə ilə ev təmizləmək.:08: Mən heç cürə tozsorana öyrəşə bilmirəmdə :hmmm: Evi mama bacı və ya gəlin tozsoranlaanda əsəbləşirəm.O səsi götürə bilmirəm mən.Ağız deyəni qulaq eşitmir :hmmm: Amma süpürgə ilə asandı mənə görə :supur: Neçə dəfə danlayıblar məni bunun üstündə :hmmm: "süpürgə tozu yaxşı götürmür" fln.:hmmm: deyirəm keçmişdə tozsoran zad olub ki?Həmişə süpürgə ilə süpürmüsüzdəə evi :supur: İndi bəyənmirlər :hh: Həm də o vaxtlarda evdə ən az 7-8 uşaq olurdu ev həm tez,həm də daha çox çirklənirdi.Elə yenədə süpürgə idi də işə yarayan)) Başqa.. :hmmm: Fso daha yoxdu sevdiyimm ev işiləri :hh: Gələk sevmədiyim ev işlərinə.. :hmmm: VALLAH onlar nə qədər desən var :27: :18: Say,say bitməz ki :18: Ən birincisi qab yumaqdı sevmədiyim iş :pff: Yemək yeyib srazu qaçıram ki,mən yumayım qabları :ihi: Polu yumaq -_- :hizmetci: Nifrət edirəm -_- .. Yemək bişirmək :ihi:indi deyəcəksiz yəqin bacarmır ona görə sevmir də yemək bişirməyi.Yox bacarıram.Tək özüm olsam hər şeyi hazırlayıb tökərəm qabağıma :ihi: Amma evdə 8-9 nəfər olanda sevmirəm :hh: Belə əslində çoxdu sevmədiklərim.Amma layihə əsas sevdiyimz ev işlərindən olduğuna görə sevmədiyim ev işlərini elədə çox yazmadım. :08: Yadımda salıb zülm vermək istəmirəm özümə :ihi:
Dəvət etdiyin üçün 1 daha təşəkkür edirəm ürəyim :mucux: Yeni layihəndə sənə uğurlar canım mənim :08: Userlərə də 1 sözüm var:"siz də əziz userlər çoxda tənbəl olmayın ) Fidan dəvət edən kimi keçin iş başına,yazıb göndərin :mail: " Oxuyan gözləriniz var olsun.Əvvəldən axıra kimi oxuyan hər kəsə təşəkkürümü bildirirəm :08: Sağ olun! :08:


YalnıZ-ArZu


Salam mənim gözəl göyçək bacılarım :star: Bu gün özümü yandıracam bu layihəynən biləcəksiz ki nətəri tənbəl qızam mən:uyku::ihi: Bashlayacam sevdiyim ev işlərindən...ən sevdiyim su ilə əlaqəli işlərdir. Məsələn qab yumaq, hamam yumaq təmizləyib divarlarını sürtmək,pəncərə silmək..döşəmələri silmək, bir sözle suyla oynamagi severim deye bu işləri həvəslə görürəm.:hmmm: Qab yuyanda ən zəhləm gedən tava qazan yumaqdı :hh: Ata evində olanda ayda ildə bir dəfə (dəli mələklərim təpəmdə olmayanda:deli:) qab yuyardım, onda da tava qazanı mamama saxlayardım:09: deyirdi tay boşqabları özümdə yuyardımda.:122: Ən nifrət etdiyim isə kələm dolmasının bişdiyi qazanı yumaqdı:18: Nə qədər dadlı da bişirsəm o qazanı yuyanda elə bilirəm yediyimi kimsə burnumnan gətirdi:122: Sonra sevmədiyim iş paltar ütüləməkdi:utu: İnanın bəlkə də sevərəme o işi də sadəcə mən ütünü əlimə alan kimi məni yuxu basır :13: Yayda istidi deyə sevmirəm, qışda da yuxum gəlir.:uyu: Həmdə mən bir yerdə çox duran insan olmadığımnan ütü başında qalmağa tehammülüm yok vallahı:pff:
Sonra sevmədiyim iş paltar tikməkdi:tikis: Özudə mən solaxayam deyə iynəni sol əlimdə tutub tikirəm, görənlərə qəribə gəlirki necə tikirsən belə soldan sağa? Mənə deyəndə niyə xoşlamırsan bu işi deyirəm solaxayam ona görə :122:Guya sol əllə mənə rahat deyil sağ əllə də tikə bilmirəm:hihih: Ütü kimi iynə sapa da nifrət edirəm:09:
Birdə sevmədiyim həmdə bacarmadığım bir iş var o da xəmir yoğurmaqdı:127: Bir dəfə rayonda olanda qaynatam dirəşdiki 5 çörəyin xəmirini sən yoğur:shok: Məndə bilmirəm nə bəhanə edim ki, nə özümü palit eləyim nə də bu kişini əsəbləşdirməyim:hihih: Axırda qaynanam girdi qanımın arasında ki mən artıq əlimi una bulamışam, özüm yoğuracam. Allah köməyin olsun qayanana:mucux: Xəmiri ən azı bir saat yoğururam onda da ha ilah edirəm xəmir gəlmirki gəlmir:18: Tay evdə adeyal qalmir bürüyürəm xəmir qabını, axırda qoyuram qəfədanın zadın başına ki tez gəlsin:09: Adi picca xəmiri etmək mənimçün işgəncə deməkdi:122: Ona görə mən bulka zad bişirmirəm:hh: Xəmir işi könlümə düşəndə mamamı toladıram o mənimçün bişirir məndə yeyirəm:nyam: Canim mamam:mucux:
Ama kekslər tortlar bu mənlikdi:127: Qəşəng dadlı tortlar bişirirəm, fantaziyam güc gələndə qəşəng bəzəklər də vururam:hmmm: Bizim rayona xas Döşəmə plovu çox dadlı bişirirəm, dadı damaqda qalır.:nyam: Birdə borşu...ən sevdiyim sulu yeməkdir deyə onun nazıyla oynayıram. :cadu: Mamagilində könlünə düşəndə gedib bişiriəm orda da bir kasa, payımı yeyirəm hələ evə də gətirirəm:122: (yedi var apardı yoxdu prinsipi mənlik deyil:ponpon::122:)
Bax bu qeder canlar, yani yadima düşən bu qədər oldu. Layihəsinə məni dəvət etdiyinə görə güzel kalpli cirkin kizima öpücüklər:mucux:



P.S layihədə iştirak etdikləri üçün canlarıma təşəkkürmü bildirirəm:gul:
Layihədə iştirak etmək istəyən,şəxsi ismarıcla müraciət edə bilər:mail:

(səs: 0)
Şərhlər: 13
Baxılıb: 2 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri