Uşaqlığımdakı Yeni il - lili (3)

Müəllif: arzum-aysum
Şərhlər: 14
Baxılıb: 2 528
Səs ver:
(səs: 2)
Həəəə mənim canlarım, ciyərlərimmmm... :heart: necəsiz? Neçə vaxtdır düşünürəm ki, sizlərə yeni nə layihə hazırlayım ki, maraqlı olsun... :salakpc: oxuyan zaman üzünüzdə gülüş yaradacaq, sizi o illərə aparacaq bir layihə olsun.. :128: Dekabr da öz gəlişi ilə mənə gözəl bir fikir verdi... :zquestion: 

Dekabr gəldi, demək ki, hər kəs Yeni ilin gəlişinə gün saymağa başlayır... :zded: bayram hazırlıqları görür... hər kəs bu günü, Yeni ilin gəlişini gözəl dəqiqələrlə qarşılamaq istəyir... :zelka: indi düşünürsüz ki, niyə Yeni ildən yazıram sizə... və bəlkə də, bəziləriniz başa düşdünüz, söhbəti hara gətirəcəyimi... :bookiz: 

 Başa düşənlər elə düz biliblər ki, o fikirləşdiyim yeni layihə məhz yeni ilə bağlı olacaq...

,,Uşaqlığımdakı Yeni İl,, :zelka: :zded: :zelka: bu da qarşınıza çıxdığım növbəti layihəmin adı... ümid edirəm ki, sizlər üçün maraqla oxuyacağınız bir layihə olacaq... Artıq bu xəbərimdə növbəti qonağımın uşaqlığındakı Yeni il ilə tanış olmuş olacaqsınız... Buyurun , oxuyub bu dəfəki qonağımın kim olduğunu bilin...
 
Uşaqlığımdakı Yeni il - lili (3) lili  
 

Ilk öncə Qadinlar.biz-liləri qarşıdan gələn Həmrəylik günü və yeni il münasibəti ilə təbrik edirəm . qoy bu il hər ailəyə bolluq, bərəkət gətirsin, sevincli hadisələrlə yadda qalsın. körpə səsinə həsrət ailələr var, inşallah bu il sevindirsin Rəbbim, hər kəsə də can sağlığı, ən vacibi budur, bayramımız mübarək.

 

 

Bayram yaxınlaşırdı,  bacım dedi ki, gedək yolkamızı gətirək quraq, yolkamız da hündür yolkadı, böyükdü, sürüyə  sürüyə gətirib qurmağa calışdıq. Nəysə, indi ulduzu qalıb ki, taxaq, işıqları yandıraq, mən bacımı qaldırdım ki, ulduzu taxsın, taxıb düşəndə yıxıldıq yolkanın üsdünə, bu vaxt da qardaşım qapıdan girəndə yolka onun üsdünə,  biz də yolkanın. Nəysə qaqam bir az əzildi, yolkanın bəzəkləri  o vaxt şüşədən idi çoxsu sındı, mamam da bizi yaxşıca döydü.
 


Atam hər bayram gecə 12 də yolkanın dibinə hədiyyə alıb qoyardı ki, şaxta baba gətirib, gecə biz tez yatardıq, əvvəlcədən də, soruşardı ki, Şaxta  babadan nə isdəyirsiniz, biz də arzularımızı deyərdik,  uşaq nə isdəyər, gəlincik, qardaşım  yaman çox isdəyərdi,  nəysə, səhər dururduq ki, ahhaaa  Şaxta baba hədiyə gətirib, sevinərdik, amma merak edirdik ki, bir dəfə də  görə bilsəydik, bir bayram bacıma dedim ki, yatmayaq, güdək görək bu kişi bizim evə necə girir ki, güddük  və hayallerimiz suya düşdü,  gördük atam xəlvətcə hədiyyələri qoyur, bacım qışqırdı,  ata sən şaxta babasan hədiyyə qoyursan, sonra artıq bildik ki, gəlmiyəcək şaxta  baba. Indi qızımı elə aldadıb qoyuram hədiyyəsin yolkanın altına
.

 

 

 
Həəəəə, qızlar... sizlər də uşalığınızdakı Yeni il xatirələrinizi bizimlə bölüşmək istəsəniz azəri şrifti ilə yazıb şəxsi mesajla mənə göndərin... qızlarla bölüşmək mənim boynuma...
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 2 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri