Ilk öncə Qadinlar.biz-liləri qarşıdan gələn Həmrəylik günü və yeni il münasibəti ilə təbrik edirəm . qoy bu il hər ailəyə bolluq, bərəkət gətirsin, sevincli hadisələrlə yadda qalsın. körpə səsinə həsrət ailələr var, inşallah bu il sevindirsin Rəbbim, hər kəsə də can sağlığı, ən vacibi budur, bayramımız mübarək.
Atam hər bayram gecə 12 də yolkanın dibinə hədiyyə alıb qoyardı ki, şaxta baba
gətirib, gecə biz tez yatardıq, əvvəlcədən də, soruşardı ki, Şaxta babadan nə isdəyirsiniz, biz də arzularımızı
deyərdik, uşaq nə isdəyər, gəlincik,
qardaşım yaman çox isdəyərdi, nəysə, səhər dururduq ki, ahhaaa Şaxta baba hədiyə gətirib, sevinərdik, amma
merak edirdik ki, bir dəfə də görə bilsəydik, bir bayram bacıma dedim ki, yatmayaq, güdək
görək bu kişi bizim evə necə girir ki, güddük və hayallerimiz suya düşdü, gördük atam xəlvətcə hədiyyələri qoyur, bacım
qışqırdı, ata sən şaxta babasan hədiyyə
qoyursan, sonra artıq bildik ki, gəlmiyəcək şaxta baba. Indi qızımı elə aldadıb qoyuram hədiyyəsin
yolkanın altına.