Məktəbdə ilk günüm - arzum-aysum (7)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 17
Baxılıb: 1 639
Səs ver:
(səs: 5)
Salamlar :03:
Layihemin qonagi arzum-aysum nikidir.
 
Ay canim, sənin bu layihə məni düzzzzz 25 il bundan öncəyə apardı. Dildə deməsi çox asandır, amma dönüb geriyə baxdığımda çox uzaqlarda qalan 25 il. Mən məktəbə 1991-ci ildə getmişəm. Bizim vaxtımızda dərs ili sentyabrın 1i başlayırdı. O gün indiki kimi yadımdadır deməyəcəyəm, çünki desəm yalan olar. Uşaq ağlımla həmin günün bəzi hadisələrini yaddaşıma həkk etməyi bacarmışam o zamanlar. Səhər yuxudan necə durmuşam, necə hazırlaşmışam, məktəbə necə getmişəm və kiminlə getmişəm - bütün bunları demək olar ki, xatırlamıram. Heç məktəbin həyətində düzüldüyümüz, nə etdiyimiz də yadımda qalmayıb. Yadımda sinif otağında baş verən bir iki hadisə qalıb.
Deməli qızlar, hamı bilir ki, ilk gün sinif otağına girəndə qarmaqarışıqlıq olur. Həm də, uşaqlarin çoxu valideynini onu sinifdə qoyub gedəndə ağlayır, qalmaq istəmir. Girdik sinifə, valideyin müəllimə qarışıb, müəllim şagirdə. Nəysə... Davud adlı bir sinif yoldaşım var idi - Zeynalov Davud... Anası gedəndə, əlindən tutub buraxmırdı, elə hey ağlayırdı. Müəllimə onu nə qədər dilə tutdusa xeyri olmadı. Bu anda direktorumuz gəldi - Elşad müəllim. Bu Davuda nətər bir şillə vurdusa oğlan altını islatdı. Onda uşaq idik, amma sonralar böyüdükcə həmişə danışıb gülürdük. Ara sakitləşəndən sonra sinif rəhbərimiz Pərvaz müllimə bir bir uşaqları yerlərinə oturdurdu. Məni pəncərə tərəfdə üçüncü partada oturtdu. Yanımda da sarışın ala ğöz bir oğlanı Həsənov Araz adında. Anası başımı sığalladı, dedi ki, Araza da dərslərində kömək edərsən. Amma Arazla çox oturmadıq bir yerdə, iki üç aydan sonra müəllimə məni orta sırada birinci partada oturtdu. Sarışın ala göz bir qızla - əfsanə adında. Dərs ilinin əvvəlində mənimki də sarışınlarla gətirmişdi :-) o qız da birinci sinifin axırında çıxdı məktəbimizdən :-(
Nə qədər dimanlı və az şey xatırlasam da, Uşaqlığımın və bütün ömrümün şirin xatirəsini sizlərlə bölüşmək çox xoş oldu mənə... Ümid edirəm ki, oxumaq da sizlərə xoş oldu..
.
 
P.S.Lahiyəyə qatılmaq istəyən mənə müracət edə bilər :mail:
(səs: 5)
Şərhlər: 17
Baxılıb: 1 639
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri