Salam
hörmətli QADINLAR.BİZli bacılarım. Sizlərə yeni və ilk layihəmi təqdim
edirəm. İNŞALLAH bəyənərsiz. Layihəmin adı "İndiki həyatınızı ifadə edən
cumlə"dir. Layihəmdə hər dəfə 5 user olacaq. İlk 5 useri təqdim edirəm
buyurun.
arzum-aysum
həəə,
qızlar bir daha xoş gördük hər birinizi... ümid edirəm ki, yaxşısız.
amma layihənin müəllifi məndən inciyib bilirəm. çünki neçə vaxtdır
layihədə iştirak etmək üçün mənə mesaj yazıb, amma mən iki həftədi iş
gücün əlindən fikirlərimi cəmləyib yaza bilmirəm. düşünürəm ki, şirin
qız bağışlayar məni.. və keçim əsas məsələyə... indiki həyatımı ifadə
edəcəyim cümləyə... indiki və ümumiyyətlə bütün həyatımdan razıyam və
oyandığım hər səhərdə özümün və mənə çox əziz olan insanların canının
sağ olduğu üçün Tanrıya hər gün şükür edirəm... buna görə də çox
xoşbəxtəm... amma təbii ki, həyat problemlərsiz olmur... buna görə də bu
cümlə indi yaşadığım həyatın tam ifadəsidir...
bütün çətinliklərə və yaşadığım problemlərə baxmayaraq gülürəm, çünki bu çətinliklərin sonunda Tanrımın mənə daha gözəl və
arzularımın gerçək olacağı bir həyat nəsib edəcəyinə inanıram... təbii ki, yenə də sevdiklərim və əzizlərim ilə...
qonaqa
Meni
de bu lahiyeye devet edyine gore kiraz mevsimci kiz nikli userimize cox
tesekkurumu bildirriem Demeli menim heyatimin bir cumlesi "Sevdiyim"
dir men onu cox sevirem onsuz nefes ala biltmerem. O menim heyatimin
menasidir...aldigim nefesdir onu cox sevirem tesekkurler
MEDIS ALIYEVA
Salam əvvəlcə dəvət etdiyiniz uçun çox sağ olun.Mən heç vaxt zəif
hesab etməmişəm,əgər zəif olsaydım yaşadıqlarıma dözə bilməzdim.
Nervicatka
Həyatımı birincisi valideynlərim və sonrakı dövrdə həyatımı paylaşacaq insan yəni yaşama səbəbim.
Angela 7
Salam.Gələcəyimi istədiyim kimi qurmaq uçun həyatla vuruşaram.