Qadınlar.Biz''li xanımların sevimli şeiri - ulduz (55)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 074
Səs ver:
(səs: 2)
Salam Qadınlar.biz-in sevimll.şip-şirin.nazlı. qızları .Sizə yeni (daha doğrusu) ilk lahiyəmi təqdim edirəm. 
Bu günkü qonagım ulduz nikli usermizdir
 
Oğul ya qız, fərqi nədir?
Hər ikisi can meyvəsidir.
Ata-ananın yenidən 
Bu dünyaya gəlməsidir.
Ata kökdür, ana torpaq
Oğul budaq, qızsa yarpaq.
Dünya canlı xalıdır, bax,
İnsan onun ilməsidir.
Səni səndən alanı gör,
Çalış hər gün balanı gör
Bala Allah töhvəsidir.
Oğul pirdir, qızsa sirdir,
Oğul ürək, qız diləkdir.
Oğul bu dünyanın məhəbbətidir
Qız isə Allahın əmanətidir
Əzizinəm şirindir,
Bala baldan şirindir.
Vallah heç kim deyə bilməz,
Oğul, ya qız şirindir.
Biri yurda çıraqdı,
Biri evə qonağdı.
Oğulu qızdan ayırmaq
Allah haqqı, günahdı.
Göy ulduzsuz olmasın
Çörək duzsuz olmasın.
Oğulun öz yeri var
Evlər qızsız olmasın.
Oğul gəlsin ad gəlsin,
Ya qız gəlsin, dad gəlsin
Hansı gəlir gəlsin, fərqi nədi?
Təki evə övlad gəlsin.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 074
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri