Mənim Son zəng xatirəm - HAPPY_EYES (31)

Müəllif: Fi-Ra
Şərhlər: 6
Baxılıb: 1 903
Səs ver:
(səs: 1)
Salam saytımızın şirin-şəkər xanımları. :03: İlk lahiyəmlə qarşınızdayam. :01: Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri aliceWOnDer xanımın icazəsi ilə mən davam etdirirəm.
Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü qonağımız isə elə bu ilin məzunu və artıq tələbə adını qazanmış HAPPY_EYES xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.

Salam Qadınlar.biz'in şirin xanımları. Bu dəfə Son zəng xatirələrini mən - Leyla sizinlə bölüşmək istəyirəm. Əvvəlcədən bu lahiyəni hazırlayan Fi-Ra xanıma öz təşəkkürümü bildirirəm. Keçək əsas söhbətə. Qanun dəyişdiyinə görə Son zəng 14.06.2016 tarixində oldu. Demək qızlar danışmışdılar ki, saçlarımızı hörük edək. Nəysə sonradan bir-iki qız fikrin dəyişiblər ki, ay hörük sadədi nə bilim nə. Mən də axşamdan saçımı fenlətdirmişdim ki, sabah ancaq hörük olsun. Son zəng günü səhər saat 6-da qız zəng etdi ki, bəs biz saçımızı buruq eləyəcəyik. Nəysə razılaşdım, amma əsəsbləşdim ki, saçım uzundu birdən çatdırmaram. Amma şükür hər şey qaydasında oldu. Getdim sinifə, ən axırda mən gəlmişdim. Nəysə sinifdə köynək yazdırdıq, mahnımızı məşq elədik, saat 10-da artıq həyətdə düzüldük. 11 a idik deyə birinci biz çıxdıq. Elariz də gəlmişdi :122: Anam mənə şeir də yazmışdı, çıxdım şeiri də dedim. Belə maraqlı oldu. Amma 4 saat günün altında qalmışdıq deyə qaralmışdıq. Bir-birimizə baxıb gülürdük. Ümumilikdə 11 dənə 11-ci sinif vardı. Tam ətraflı yazmadım hələ. Ümidvaram ki, səbrlə oxuyarsız. Hamınıza təşəkkür edirəm :128:

Usərimizə universitet həyatınada uğurlar arzu edirəm. Qatıldığınız üçün təşəkkürlər :04:
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri