Mənim Son zəng xatirəm - Efsuw2016 (32)

Müəllif: Fi-Ra
Şərhlər: 13
Baxılıb: 3 216
Səs ver:
(səs: 0)
Salam saytımızın şirin-şəkər xanımları. :03: İlk lahiyəmlə qarşınızdayam. :01: Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri aliceWOnDer xanımın icazəsi ilə mən davam etdirirəm.
Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bü gunkü qonağımız isə Efsuw2016 xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq. :02:

Salam :03: QADINLAR.BİZ-in şirin, konfet qızları. Mənim Son zəng xatirəm triqokomik hadisələrlə boldur :hahahah: Nəysə çox uzatmayım. Onsuz da çox olacaq yazdıqlarım. Ona görə də rahat oturun başlayaq. (Bi xahiş sonadək oxuyun).
İl 2012 mayın 28-i son zəngə hazırlaşırıq. Müdür müavini şagirdlərin hərəsinə bir tapşırıq verir. Kiminə rəqs, kiminə mahnı, mənə də şeir yazdığımı bildiyi üşün Son zəngə aid şeir yazıb ifa etməyimi tapşırdı. Özümə güvənibdə qəbul etdim. Kaş hə deməzdim. 2 gün elə sürətlə keçdi ki, heç Son zəng gününün necə yetişdiyini bilmədim və mənim nə yazmağa nə də əzbərləməyə şeirim yox. Budu googleye vurub Son zəngə aid axır bir şeir tapıb bi təhər əzbərlədim. Məktəbə valideynlər doluşduqca biz məzunların ürəyi biz az da əsirdi. Bizi dəvət etdilər. Məzunlar və birincilər düzləndik. Çox həyəcanlıydım, bu məqamda birincilərdən biri:- "Xala ver də kuklanı, ver də. Nə vaxt verəcəksən ver" deyə dirəşmişdi. :hysteric: Nəysə budu məni səhnəyə çağırırlar:- "İndi isə öz yazdığı şeirlə söz verilir İbrahimova Əfsuna". Şeiri deyərkən gözüm müdür və müəllimlərə sataşdı :chok_mini: Həmin an utandığımdan bilmədim nə deyirdim. Sən demə dediyim şeir hansısa məşhur şairin şeiri imiş :122: Sonra məzun qızlarla mahnı hazırlamışdıq. "Əziz müəllimim"-o vaxtın populyar mahnısı. Fanaqramada qızlar arasında ən ucaboylusu mən olduğum üçün mikrafon məndə idi. :utandim: Və elə təzə başlamışdıq ki, fanaqram kəsildi. Qızlar da qarğa bazarı kimi hərə öz bildiyindən oxuyurdu. Deyirəm nə yaxşı ki, mikrafon məndə olub və yalnız mənim səsim ucadan çıxıb. O an son zəngimdə keçirdiyim həyəcanı heç toy günümdə keçirməmişəm. :09: Sonra stresi atmaqçun bu gəlsin rəqslər. Bolluca oynadıq, həm stresi attıq, həm də əyləndik :dancing: Budu artıq sonuncu zəng çalındı. Çox qəribə idi, gözlərimiz dolmuşdu amma ağlamırdıq. Sanki göz yaşları içimizə axırdı. :girl_cray: Hər şey bir yana, Son zəng başlayandan bəri dil-boğaza qoymayan uşağın da hədiyyəsini verdim. :miwka: Yo bu son deyil. Ayrıla bilmədik, biraz şəhəri dolaşdıq. Sonra yadigar üçün həm çoxlu şəkillər çəkdik, həm də köynəklərin üstünü gözəl sözlərlə bəzədik. Birdən ağlımıza gəldi ki, ilk müəllimimizlə sağollaşmamışıq. Getdik qonaq. Gedəndə biraz söhbət, həyəcan birdən qızlardan biri müəllimdən falına baxmağı xahiş etdi. Biz də həvəsləndik :cadu: Eeh kiminə inustuta qəbul olacaq, kiminə ərə gedəcək, mənə də əmim oğlu ilə evlənəcəyimi dedi. Vay çox pis oldum çooxx. Heç düz də çıxmadı heyif nahaq yerə pis də olmuşdum. Eeh bax belə müəllimlə, uşaqlarla son anlarımız idi. Sağollaşdıq, qızlı-oğlanlı hamı pis olmuşdu. Heyif o anlar, heyif :18: Amma nə olur olsun, son zəngimin necə keçməyindən asılı olmayaraq indi də Son zəng diskinə baxanda üzümdə təbəssüm yaranır. Sonadək oxuduğunuz üçün təşəkkürlər. Yordumsa üzr istəyirəm. Xüsusi təşəkkürlər Fi-Raya. Sağolsun bu boyda hekayəni 2 dəfə yazdırdı mənə. Hamınızın ürəyinə sağlıq, mənim də barmağıma. Klaviyatura düymələrinə basmaqdan yoruldu :hahahah:


Sonda Əfsun xanımdan mesajını çaşıb sildiyim və Bu boyda hekayəni təkrar yazdırdığım üçün bir daha üzr istəyirəm. :04: Həyatınızda uğurlar arzu edirəm. Təşəkkürlər. :01:
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 3 216
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri