Mənim toy günüm - _ŞN_

Müəllif: arzum-aysum
Şərhlər: 16
Baxılıb: 3 477
Səs ver:
(səs: 0)
...Mənim Toy Günüm... layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın _ŞN_-di..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..

Mənim toy günüm - _ŞN_

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Salam qızlar deməli bizim tanışlığımız məktəb vaxtı oldu.O İdmandan praktikaya gəlmişdi elə tanış olduq dahasında məni fbda tapdı uzun uzun danışdıq sonra başladı qadağalar qoymağa profilimdən adamları sildi bir bir :122: sonra telefonu qoydu qabağımaki nömrəni yaz tez elə məndə yazdım beləcə tanış olduq :128:

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Evlənmə təklifi almamışam yalan nə deyim ilk danışdığımız andan fikri ciddi idi

3. Neçə müddət nişanlı qaldınız?
Düz 1il nişanlı qaldıq yanvar ayındada toyumuz oldu

4. Toy hazırlıqları necə irəlilədi?
Toy hazırlıqları super ona görə hərgün gedirdik maqazinə çox maraqlıydı :128:

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Bəli varıydı canı 4ay əvvəldən başladıq

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Hər dəfə nəsə alanda sevinirdim srazı çəkib şəklini göndərirdim ona :128:

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yoox yoldaşım razılaşmadı :18:

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Toy məkanını cox axtardıq axırda ən gözəl restoranlardan birini seçdik tam urəyimizcə olan :128:

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Yoldaşımın qardaşı fotoqrafdı elə ən çox o çəkirdi restoranın öz fotoqrafıda varıydı təbiiki

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Bəli etdirmişdik

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Demək olarki hə ama tamda ürəyimcə olmadı. Gəlinliyi toy günü səhər seçdim əvvəldən seçdiyim ürəyimcə olmadı toy günü dəyişdim :18:

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Çooox uzun çəkdi o qədər getdik gəldik axırda birini seçdim onuda toy günü gedib dəyişdim sonra :122:

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
O qədər Hər an başımın üstündəydi özu ilə getmişdim seçməyə :18:

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Bəli uzun sürən cəhdlərdən sonra əvvəldən seçmişdim))

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Bəli ürəyumcə idi ama pomadam yaxşı deyildi evə gələndə özüm düzəlttdim

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Yox canım bizdə elə deyil :ihi:

17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Heç vaxt :128: 08.01.2017 :heart:

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Komik demiyimdə əsbiləşdiyim birşey oldu evə gəldiyimdə heçkim yox idi paltarımı geyindirməyə biraz gec oldu ona görə)

19. Toy günü unutduğunuz bir şey oldumu?
Hə canım qış olduğuna görə paltarın üsdünnən atmam varəydı yadımnan çıxmışdı qalmışdı maşında donurdum :usuyen:

20 Toyunuzun ən gözəl anı nə idi?
Ən gözəl anı aparmağa gələndə ilk dəfə görməyim :128:

21. İlk rəqs parçanız hansı idi?
Sən mənimsən mən sənin:128:

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Yerimizə oturanda əl ələ tutmuşduq video çəkmişdi həmin anı :128: məndə həyəcannan dırnağımla cızırdım əlini :122:

23. Bir tərslik yaşandımı toy günü?
Hə canım :18: paltarım ayağıma ilişmişdi dəmiri aşağı düşmüşdü pilekanları çıxa bilmirdim :18:

24.Ən çox nə vaxt həyəcanlandınız?
VAllah paltar ayağıma ilişəndə dedim qalxa bilmərəm yuxarı birdən ürəyim yerindən çıxacaqdı az qala :122:

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Bəli :128: şamlardan ürək düzəlrdirmişdi yoldaşım işıqlar söndü rəqs elədik içində :128: birdə içəri girəndə çələng ürəklərin içindən keçib daxil olduq salona :heart:

26. Bal ayınızı harada keçirdiniz?
toydan 2gün sonra başımıza pis bir iş gəldi ona görə elə evdə yoxsa gedəcəkdik :uhu:

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
Artıq 4ayımıza az qalıb :128:

28. Qadınla.com-un nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Qızlara tövsiyəm oduki səbrli olsunlar sevirlərsə hərşey yaxşı olacaq Allahın köməyi ilə :123: Biz çox şeylər çəkdik ama fikrimizdən heçvaxt dönmədik yeri gəlsə küsdük dalaşdıq amma heçvaxt ayrılmadıq.İndidə Şükr Allaha hamileyem InşAllah sağ salamat alarıq qucağımıza sağ elim bütün arzusunda olanların başına :128:



Canım mənim, gözəl olan bu həyatı sevdiyinlə gülərüz və xoşbəxt yaşamağınızı diləyirəm... hər zaman bir biriniz üçün dəyərli və əziz olun inşallah... amin...
(səs: 0)
Şərhlər: 16
Baxılıb: 3 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri