Mənim toy günüm - Vuska87 (9)

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 2 029
Səs ver:
(səs: 1)
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Vuska87-di..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..
 
Mənim toy günüm - Vuska87 (9)

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Salam. Mənə də təklif etdiyiniz üçün bu layihədə iştirak etməyi  təşəkkür edirəm  ilk öncə. ilk dəfə  bir qohumumun tanışı  idi yoldaşım. onun yanında  görmüşdü  məni. Sonar da iş yerimə  gəldi. amma işlə əlaqədar  yəni o zamanlar heç  vaxt ağlıma gəlməzdi ki,  mən ona başqa gözlə baxım. Elə  tanış kimi. Sonra da başladı mənə  iş yerimə zənglər etməyə.  Guya   işlə əlaqədar. Sonra da etiraf etdi ki, mənimlə ailə qurmaq istiyir. Bax  belə  oldu tanışlığımız

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Düzü xüsusi evlilik təklif etmiyib. Elə  ilk mənnən xoşu  gəldiyini  deyəndə  dedi ki, mənim konkret  bir fikrim var, səninlə  ailə  qurmaq istiyirəm

3. Neçə müddət nişanlı qaldınız?
Düz  1il nişanlı  qAldıq. Çox  pisdi nişanlı  qalmaq. Çox dalaşırdıq

4. Toy hazırlıqları necə irəlilədi?
Işləyirdim deyə vaxtım da olmurdu toya düz əməlli hazırlaşmağa. Elə  qaça qaçla gedirdim hər yerə

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zam anınız var idimi?
Zaman dediyim kimi çatdira bilmirdim

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Gəlinliyə baxmaq maraqli idi

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox getməmişdik. yoldaşımın  xasiyyəti  bir az tünddü. Elə  şeylərə düşüklük kimi baxır. Dindardı  həm də ona görə. Mən də  heç təklif etmədim ki, gedək rəqs kursuna

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Bir neçə  yerə  getdik baxdıq. Nəhayət  cibimizə  və  özümüzə uyğun olanını  seçdik

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Fotoqraf gətirmişdik. super albom düzəltdi

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Elə toy günü elədik

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Təəssüflər olsun ki  yox. Dediyim  kimi vaxtım məhdud olduğunnan çox baxa bilmədim. Indi də şəkillərə baxanda əsəbləşirəm. Istədiyim  gəlinliyi tapıb geyinə  bilmədiyim üçün

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Iki dəfə  getdim cəmi. imkan olmadı

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Qız  toyunda açıq  geyinmişdim. Amma   oğlan toyunda dedi hökmən çiyninə nəsə  tikilməlidi. O da daha dogrusu özü demədi  qaynanam dedi ki açıq olmasın.

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Saç makyaj seçməmişdim. Amma  çox məşhur saç  ustasına getmişdim. Reklam  olmasın deyə adını yazmıram. Amma  çox razı qaldım. Super  saç makyaj etmişdi

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Qız toyunda çox ürəyimcə olmuşdu  oğlan toyumda həmən xanımın yanına  gedə bilmədiyim üçün heç bəyənmədim

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Yox özü  almışdı. Biz də elə adət yoxdu

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Qız toyu  10.10.2010. Oğlan toyu 17.10.2010

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Qız toyunda yoldaşımın nişan üzüyü  məndə evdə qalmışdı. Toyda  üzüksüz oturdu. Çox  əsəbləşmişdi. Deyirdi  öz üzüyüvü heç  unutmamısan mənimkini  unutmusan

19. Toy günü unutduğunuz bir şey oldumu?
Dediyim kimi üzük

20 Toyunuzun ən gözəl ani ne idi?
Ilk  rəqsimiz yəqin ki

21. İlk rəqs parçanız hansı idi?
Özcan Deniz repertuarından səhv etmirəmsə  Kadınım idi mahnının adı

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Yoldaşımın qohumları elə  xasiyyətdədilər ki,  orda romantik nəsə  etmək mümkün deyildi

23. Bir tərslik yaşandımı toy günü?
Oğlan toyunda maşının qabağını pul almaq üçün bir uşaq elə atdı ki, özünü,  maşını da yoldaşım sürürdü. Az  qala uşağı vurmuşdu. Hətta  maşının gülü də düşdü. Təsəvvür  edin də o uşağı vursaydı  necə olardı

24.Ən çox nə vaxt həyəcanlandınız?
Restorana girəndə həyəcanlandım

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Təəssüf ki yox

26. Bal ayınızı harada keçirdiniz?
Bal ayımızı desəm hamı qısqanacaq. Zarafat  eliyirəm rayonda qaynanamgillə heyif ki . .

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
Artiq 5 ildir. Iki  gül balamız var.  bir  qiz bir oğlan

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Seçdikləri adamın onlar üçün doğru olub olmadığını düşünsünlər ilk növbədə. Əgər artıq evlidilərsə hər şeyi problem edib dava dalaşdan uzaq dursunlar. Həmişə  ərləriylə mehriban gülərüz olsunlar. Xoşlarına  gəlməyən bir şey olduqda dava dalaşla deyil siyasətlə ağılla yoluna qoysunlar. Qaynana  qaynataya hörmət qoysunlar. Və ən əsası özlərinə  baxsınlar. Gözəl  görünsünlər həmişə.

Və  sonda yenə də təşəkkür edirə m bu layihədə iştirak etmək çox maraqlı idi


 
Canım mənim, gözəl olan bu həyatı o iki gül balan və sevdiyinlə gülərüz və xoşbəxt yaşamağınızı diləyirəm... hər zaman bir biriniz üçün dəyərli və əziz olun inşallah... amin...
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 029
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri