Xoş gəldin İmran balamız

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 9 713
Səs ver:
(səs: 4)
Avqust ayının 5 - i saytımızın qocaman useri Soledad ın ikinci övladı İmran  dünyaya gəldi :128: Onu öz adımdan və saytımız adından təbrik edirəm. Amma ilk təbrik İmran balamızındı :laylay:
Xoş gəldin İmran balamız

Gözəl balamız xoş gəlmisən dünyamıza. Rəbbim səni bədnəzərdən, pis insanlardan qorusun. Sağlam böyüyüb ata - ananın fəxri olasan quzum. Bu çətin həyatda inşallah ayağın büdrəməsin, hər zaman yaşıl işiq yansın yolunda. 


İnşallah sənin gözəl xəbərlərini eşidib ana - atan fəxr etsinlər səninlə. Vətəninə layiq, igid, cəsur övlad olasan. Öpürəm sənin gül qoxan yanaqlarından çoxlu. Yarışmalara hazırlaş bu il sənin də pozalarına görmək istəyirəm, çoxlu məşq et :miwka:


Soledad səni bir daha təbrik edirəm canım, gözü dolusu görəsən. Allah övladlarını sənə, səni də onlara çox görməsin. İsti nəfəsin həmişə üzərlərində olsun. Rəbbimin bir qadına bəxş etdiyi ən böyük xoşbəxtlik analıq hissidir. Bu da sənə qismət olub çox şükür. İnşallah övladlarının gözəl günlərini burda birlikdə qeyd edək :128:



(səs: 4)
Şərhlər: 6
Baxılıb: 9 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri